Uşaqlar bizim gələcəyimizdir

 

Bakı Şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı 27 saylı Körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra 2012-ci ilin iyun ayından istifadəyə verilmişdir. 1930-cu ildən istifadədə olan bağçada əsaslı təmir işləri qısa zaman kəsiyində sona çatdırılıb.

Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva da təmirdən sonra bu bağçada olmuş, görülən işlərlə maraqlanmışdır. 80 yerlik uşaq bağçasında körpələrin təlim-tərbiyəsi və əylənməsi üçün gözəl şərait vardır. Bağçanın həyətində yeni atraksionlar, oturacaqlar düzəldilmiş, istilik sistemi dəyişdirilərək yenilənmişdir. 3-6 yaş arasında 4 qrup fəaliyyət göstərir. Uşaqlarla 11 tərbiyəçi məşğul olur. Körpələr ingilis və rus dili, rəqs dərnəklərində müasir üslubda məşğələlər keçir. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, əylənmələri üçün gözəl şərait yaradılmışdır. Bağçadakı tibb, mətbəx, yataq, yeməkxana və digər otaqlar tamamilə yenilənib. Uşaqların təlim-tərbiyəsi ilə 11 tərbiyəçinin məşğul olduğu bu bağçaya təcrübəli pedaqoq Ulduz Mustafayeva rəhbərlik edir. O, Azərbaycan Pedaqoji Universitetinin məzunudur. 2005-ci ildən burada çalışır. Dəfələrlə müxtəlif  mükafatlar almışdır. Bağçanın yetirmələri müxtəlif müsabiqələrin qalibi olmuşlar. 5 oktyabr müəllim günü münasibətilə bağçanın pedaqoji kollektivini Ulduz xanım Mustafayeva olmaqla, Mehparə İbrahimova, Ceyran Abdullayeva, Nuranə Vəliyeva, İradə İbrahimova, Tofiqə Bədəlova, Şəbnəm Axundova, Aynur Quliyeva, Nərgiz Camalova, Gültəkin Feyzullayeva, Lalə Adıgözəlova, Fəxriyyə Abdullayeva, Zemfira Nuriyeva, Xatirə Ağayeva, Teyyubə İsmayılova, İrina Zakirova, Gülnar Əliyevanı təbrik edir, xeyirxah işlərində uğurlar diləyirik.

Ş.HÜSEYNOVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında