Lerik xəbərləri

 

 Dağlar diyarı Lerik son illərdə tanınmaz dərəcədə dəyişmişdir.  Regional inkişafa dair dövlət proqramları üzrə həyata keçirilən ardıcıl tədbirlər sayəsində rayonun sosial-iqtisadi inkişafı təmin edilmiş, əhalinin güzəranı daha da yaxşılaşmışdır.

Dövlət başçısının tapşırığına əsasən, rayonun rəhbərliyi tez-tez yerlərdə görüş və səyyar qəbullar keçirir, əhalini narahat edən məsələləri öyrənir və fəaliyyət planına daxil edərək həlli üçün tədbirlər görür. Lerik şəhərindəki uşaq bağçasının əsaslı təmirdən sonra istifadəyə verilməsi, neçə-neçə kəndə qaz çəkilməsi, səhiyyə ocaqlarının təmiri, yeni məktəblərin tikilməsi məhz yerlərdə keçirilən görüşlərin nəticəsində reallaşdırılmışdır.

Şəhər uşaq bağçasının açılış mərasimində bildirilmişdir ki, son vaxtlar Lerikdə üç uşaq bağçası tikilmişdir. Bağçanın müdiri  və valideynlər ürək sözlərini söyləmişlər. Milli Məclisin deputatı İqbal Məmmədov lerikliləri bu münasibətlə təbrik etmişdir. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov dövlətimizin sosial yönümlü siyasətinin uğurlarından bəhs etmişdir. O demişdir ki, yaxın vaxtlarda ümumilikdə daha 15 məktəb qapılarını açacaq.

                                                 * * *

Monidigah kəndində bu yaşayış məntəqəsinə, eləcə də Təngəbin və Anzolu kəndlərinə təbii qaz verilişinə həsr olunmuş mərasim keçirilmişdir. İndi Lerikin artıq 30 kəndi mavi yanacaqla təmin edilmişdir. Adıçəkilən kəndlərdə isə ümumilikdə 210 abonentin təsərrüfatı təbii qazla təchiz olunmuşdur.

Mərasimdə çıxış edənlər dövlətimizin sosial siyasətini ürəkdən bəyəndiklərini söyləmişlər. Qonaqlar sakinlərə xeyir-dua vermişlər. Sonra rəmzi məşəl yandırılmışdır.

                                                 * * *

 Sentyabr ayında  rayonun Mololan, Livədirqə, Kələxan və Nuravud kəndlərində Bilik günü yeni tikilmiş məktəblərdə qeyd edilmişdir. Bu günlərdə isə 180 şagird yerlik Bibiyani və 80 şagird yerlik Nüvədi kənd ümumi orta məktəbləri üçün inşa edilmiş binaların açılışı olmuşdur.  Tədbirdə bildirilmişdir ki, son on ildə rayonda 34 məktəb, 3 uşaq bağçası inşa edilmiş, 23 məktəb, 1 uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Tezliklə daha 9 məktəbin inşası başa çatdırılacaq, əlavə olaraq 6 məktəbin tikintisinə start veriləcək. İnşa edilmiş bütün məktəblər müasir avadanlıqlarla, dərs ləvazimatları ilə, kompyuterlərlə təchiz edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov tərəfindən birinci sinif şagirdlərinə məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edilmişdir. Tədbir iştirakçılarının alqışları ilə məktəblərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsilmişdir.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”nin  bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında