Tərtər: cəbhə bölgəsində prezident seçkilərinə hazırlıq yüksək səviyyədədir

rn  

rn

rn Son illərin vərdişidir: Tərtərə hansı tərəfdən daxil olsaq da, harada, kimlə görüşsək də, sonda hökmən şəhərin Bərdə istiqamətində çıxışına gəlirik. Bu, heç də təsadüfi deyil.

rn

rn Düzdür, son illər Tərtərdə tikinti-quruculuq və abadlıq işləri daha da genişlənmiş, yeni binalar tikilmiş, köhnələri əsaslı şəkildə təmir edilmiş, yaşayış məhəllələri, parklar, xiyabanlar salınmış, bir sözlə, şəhər daha abad, müasir və yaraşıqlı olmuşdur. Bununla bərabər, yerli sakinlərin də, elə qonaqların da hamılıqla etiraf etdikləri bir həqiqət var: Tərtər çayı boyunca salınmış istirahət zonasında yaradılmış füsünkar gözəlliklər, yeni tikilmiş müasir tipli binalar, işıqlandırma sistemi, fəvvarələr, bulaqlar, yaşıllıq zolaqları insanda xoş ovqat, isti, fərəhli duyğular yaradır.

rn

rn Bəlkə başqa bir yerdə insan əli ilə yaradılan gözəllik əzəli təbiət gözəlliyi ilə bir-birini bu qədər tamamlamır, bu qədər zənginləşdirmir. Burada Dövlət Bayrağı meydanı, Tərtər boyunca əlavə olaraq 1,7 hektar genişləndirilmiş parkın işıqlandırılması üçün 60 ədəd müasir işıqlandırma dirəyi, Bərdə – Tərtər istiqamətindən əzəmətli giriş qapısı qoyulmuşdur. Hər addımda yüksək zövq, tarixlə müasirliyin üzvi vəhdəti, səliqə-sahman... Görünür, elə ona görə də isti günlərdə burada insan əlindən tərpənmək olmur. Özü də dincəlməyə, istirahət etməyə, əylənməyə təkcə Tərtər sakinləri deyil, aşağı bölgələrdən də gəlirlər.

rn

rn Tərtər haqqında növbəti yazıya bu istirahət güşəsindən başlamağımız təsadüfi deyil. Bizə elə gəlir ki, şəhərin bu hissəsi bütövlükdə son illər rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin miqyasını nişan verir. Elə isə, gəlin konkret fakt, rəqəm və göstəricilərə müraciət edək. 2012-ci ilin eyni dövrü ilə müqayisədə cari ilin ötən ayları ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 13,6 faiz, sənaye məhsulları 3,7 faiz, kənd təsərrüfatı məhsulları 20,8 faiz, əsas kapitala yönəldilən investisiyalar isə 30,9 faiz artmışdır. Bu müddət ərzində 616 yeni iş yeri açılmışdır ki, bunun da 241-i daimidir.

rn

rn Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində rayonda vüsət almış tikinti-abadlıq və quruculuq işləri cari ilin ötən aylarında da uğurla davam etdirilmişdir. Məsələn, şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Rasim Mürsəlov küçələrində istinad divarları bəzək daşları ilə üzlənmişdir. Həmin prospekt və küçələrdə köhnə kommunikasiya xətləri yenisi ilə əvəz olunmuşdur. Heydər Əliyev prospektində, Şıxəli Qurbanov və Nizami küçələrində 230 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Mehdi Hüseynzadə küçəsinin eni 10 metrə çatdırılmışdır. Həzi Aslanov, Vaqif və Sabir küçələri başdan-başa asfaltlanmışdır. Bərdə — İstisu avtomobil yolunun 11-16 kilometrliyinə ikinci qat asfalt-beton örtüyü çəkilmişdir.

rn

rn Qapanlı kənd tam orta məktəbinin 220 şagird yerlik binası tikilib istifadəyə verilmişdir. Mərkəzi rayon xəstəxanası və mədəniyyət evi əsaslı təmir olunmuşdur. 10 çarpayılıq yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilmiş, müasir inventar və avadanlıqlarla təchiz edilmişdir. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində 6 mərtəbəli, 54 mənzilli yaşayış evinin, Heydər Əliyev prospektində Tərtər Qaz İstismarı Sahəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binalarının tikintisi davam etdirilir.

rn

rn Bundan başqa, ötən aylar ərzində 50350 metr kəndarası yollar təmir edilmişdir. Borsunlu kəndində İncəçay üzərində uzunluğu 38 metr olan körpü salınmışdır. Şəhərdə 9 çoxmənzilli kommunal yaşayış evlərinin su və kanalizasiya sistemlərində bərpa işləri görülmüşdür. Əhalinin içməli su ilə daha yaxşı təmin edilməsi üçün şəhərin 11 küçə və prospektində təmir-bərpa işləri aparılmışdır. Qapanlı kəndində 1 subartezian quyusu qazılmış, hər bir abonentə içməli su xətti çəkilmişdir. Seyidimli kəndinin küçələrində 19 bulaq quraşdırılmışdır.

rn

rn Rayonda ekoloji tarazlığın qorunması məqsədilə yaşıllaşdırma tədbirləri diqqət mərkəzində saxlanılmış, yaşayış məntəqələrində 12300 ağac, 2850 müxtəlif növ gül kolları əkilmişdir.

rn

rn Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün 10 yarımstansiya əsaslı, 33 transformator cari təmir edilmişdir.

rn

rn Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Tərtər Qaz İstismarı Sahəsi rayonun Sarıcalı-Poladlı kəndləri istiqamətində 14 kilometr, Bala Kəngərli-Dəmirçilər kəndləri istiqamətində 5 kilometr, İsmayılbəyli-Evoğlu kəndləri istiqamətində 6 kilometr, Dövlət Bayrağı Meydanından Seyidimli kəndləri istiqamətində 2 kilometr uzunluğunda yeraltı qaz xətləri çəkilmişdir.

rn

rn Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmışdır. Əsas cəhət odur ki, humanitar sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, intizam və tələbkarlıq artırılmışdır.

rn

rn Tərtər ənənəvi kənd təsərrüfatı rayonudur. Sevindirici haldır ki, son illər məhsul istehsalı artan sürətlə getmiş, məhsuldarlıq yüksəlmişdir. Cari ilin məhsulu  üçün 30 min 11 hektarda əkin aparılmışdır. 16 min 615 hektar taxıl sahəsindən 54 min 386 ton məhsul götürülmüşdür. Hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0,8 sentner artaraq 32,7 sentner olmuşdur.

rn

rn 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə iri malın sayı 398 baş artaraq 25 min 201-ə, qoyun və keçilərin sayı 1150 baş artaraq 71 min 65-ə çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 180 ton, süd 0,1 ton, yumurta 1331 min ədəd artmışdır.

rn

rn Respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda növbəti prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. Dairə və məntəqə seçki komissiyalarının işi ilə tanışlıqdan, komissiya üzvləri ilə söhbətdən sonra bu qərara gəldik ki, burada hazırlıq tədbirləri vaxtında və yüksək səviyyədə başa çatdırılmışdır.

rn

rn Söhbət zamanı 95 saylı Tərtər Dairə Seçki komissiyasının sədri Həmid Mehdiyev bildirdi:

rn

rn - Məntəqələrimizin sayı 37, seçicilərin sayı isə 37212 nəfərdir. Hər hansı məntəqəyə yolunuz düşsə görərsiniz ki, təmir, texniki təchizat məsələlərindən tutmuş seçici siyahılarının hazırlanmasına, yardımçı otaqlara qədər hər şey yüksək səviyyədədir. Onu da əlavə etmək istəyirəm ki, indi adamlarımızın siyasi-ideoloji səviyyəsi, həyata baxışı, dünyagörüşü tamamilə fərqlidir. Onlar quru vədlərə, boş, əsassız çağırışlara deyil, əsl həqiqətlərə, gördükləri, şahidi olduqları gerçəklərə daha çox inanırlar.

rn

rn Həqiqəti isə hər addımda, hər yerdə görmək mümkündür. Heç uzağa getməyək. Tərtərin son illərdə iqtisadi və sosial inkişafı, əldə edilmiş böyük uğurlar, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri yuxarıda  dediklərimizə gözəl misaldır. Deməli, seçim etmək heç də çətin olmayacaq. Sadəcə olaraq, həmin gün hamılıqla seçki məntəqələrinə getmək və öz iradəsi açıq, aydın və şəffaf şəkildə ifadə etmək lazımdır.

rn

rn Yolumuz Qapanlıyadır. Bu kəndi seçməyimiz heç də təsadüfi deyil. Neçə illərdir ki, Qapanlı yağı düşmənlə üz-üzədir. Əkin-biçin yerləri, otlaq sahələri namərdlərin, necə deyərlər, biraddımlığındadır. Elə bir gün olmur ki, erməni tərəfdən atəş açılmasın, hücum və basqın olmasın. Atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, bu kənddən ölənlər, yaralananlar da olmuşdur. Ancaq bütün bunlar qapanlıları qorxutmur, onların iradəsini sındıra bilmir. Burada fəaliyyət göstərən 12 saylı seçki məntəqəsinin sədri Məzahir Həsənov həmkəndlilərinin fikrini belə ifadə edir:

rn

rn - Heç nədən, heç kimdən qorxumuz yoxdur. Qoy qarşı tərəf qorxsun, utansın, çəkinsin. Çünki bizim torpaqlarımızda oturub, çörəyimizi yeyib, üzümüzə ağ olanlar onlardır. Ancaq möhkəm inanırıq ki, həqiqət gec-tez öz yerini tutacaq, namərd düşmən layiq olduğu payı alacaqdır. Ona görə də ayağımızı doğulub-böyüdüyümüz bu torpağa daha möhkəm dirəyir, əkib-becərir, qurub-yaradırıq.

rn

rn Tarixi günlər ərəfəsindəyik. Heç şübhəsiz ki, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkiləri dövlətimizin, millətimizin həyatında böyük siyasi hadisəyə çevriləcək, bizi daha xoşbəxt gələcəyə, yeni zirvələrə aparacaqdır. Seçicilərimizin sayı 846 nəfərdir. Qətiyyətlə deyə bilərəm ki, hər birimizin seçimi indidən məlumdur. Çünki onları quru sözlər yox, konkret əməli işlər maraqlandırır.

rn

rn Mən bu sözləri deyərkən, hər şeydən əvvəl son illər rayonumuzda, eləcə də kəndimizdə görülmüş işləri, həyata keçirilmiş tədbirləri nəzərdə tuturam. Bunları görməmək, hiss etməmək, sevinməmək olarmı? Əlbəttə yox. Biz növbəti prezident seçkilərinə bax belə yüksək əhval-ruhiyyə, sabaha dərin inam və ümidlə gedirik.

rn

rn Svetlana ƏZİZOVA, Ziyəddin SULTANOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında