Azərbaycan Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan etmişdir

 

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

Fondun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda “C” kateqoriyası üzrə müsabiqənin elan olunması, qrant müsabiqələrinin təşkilini tənzimləyən sənədlərin təsdiq edilməsi və cari məsələlər müzakirə edilmişdir.

Toplantıda çıxış edən Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov yeni qrant müsabiqəsinin məqsədlərindən, şərtlərindən və prioritet mövzularından danışmışdır. Məlumat verilmişdir ki, müsabiqə gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərmək məqsədi ilə təşkil olunur. “C” kateqoriyası üzrə keçirilən müsabiqədə yalnız  yaşı 14-dən 29-dək olan fiziki şəxslər iştirak edə bilərlər. Layihələri 2013-cü ildə fond tərəfindən maliyyələşdirilmiş gənclər təşkilatlarının rəhbərlərinin, həmin layihələrin işçi heyətinin, habelə “C” kateqoriyası üzrə qrant almış fiziki şəxslərin bu müsabiqədə iştirakına məhdudiyyət qoyulması nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, gənclərin təşəbbüsləri qiymətləndirilərkən  təhsildəki son yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və olimpiadaların keçirilməsi, gənc texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, ictimai davranış qaydalarının, könüllülüyün və tolerantlığın təbliği, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, ətraf mühitin mühafizəsi və s. istiqamətlərdə hazırlanan layihələrə üstünlük veriləcəkdir.

Müzakirələr nəticəsində hər bir layihə təklifi üçün fond tərəfindən ayrıla biləcək maksimal məbləğ 4 min manat müəyyən edilmiş, müsabiqənin 2013-cü il oktyabrın 4-dən noyabrın 18-dək keçirilməsi qərara alınmışdır.

Daha sonra iclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”ın və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nın layihələri müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, Gənclər Fondu yarandığı ilk vaxtlarda qrant müsabiqələrinin keçirilməsi ilə bağlı məsələlər “Təlimat və prosedur qaydaları” adlı vahid sənədlə tənzimlənmişdir. Lakin fondun fəaliyyətinin genişlənməsi, müraciət edən gənclərin və qeyri-hökumət təşkilatlarının sayının artması, müsabiqələr zamanı yeni sualların meydana çıxması həmin sənədin təkmilləşdirilməsini zəruri etmişdir. Yeni “Təlimat”da fondun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair müddəalar konkretləşdirilmiş, “Qaydalar”da isə müsabiqədə iştirakın şərtləri, layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. 

Müzakirələr zamanı sənədlərin mətninə bir sıra düzəliş və əlavələr təklif olunmuşdur. Həmin təkliflər nəzərə alınmaqla, hər iki sənəd Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir.

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında