Binəqədi rayonunda Beynəlxalq Müəllimlər Günü

 

Binəqədidə Beynəlxalq Müəllimlər Günü münasibətilə toplantı keçirilmişdir. Rayon icra hakimiyyətinin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon komitəsi ilə birlikdə təşkil etdiyi tədbirdə rayonda fəaliyyət göstərən ali, orta ixtisas, orta məktəb və məktəbəqədər  təhsil müəssisələrinin işçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından bəhs etmiş və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. O, bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunun həyatında da əksini tapdığını vurğulamışdır.

Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar müəllim” fəxri adı almış müəllimlərə hədiyyələr təqdim etmişdir.

Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon müəllimlərinə xoş arzularını çatdırmış və ötən dərs ilinin Binəqədi rayonu üçün  də uğurlu oldugunu bildirmişdir.

Tədbirdə  çıxış edən müəllimlər dövlətin təhsilə, müəllimlərə göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirmiş, bu qayğının onları təhsilimizə yeni töhfələr verməyə həvəsləndirdiyini  bildirmişlər.

Toplantıda həmçinin 2012-2013-cü tədris ilində fərqlənən bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon komitəsi tərəfindən hədiyyələr təqdim edilmişdir.

Sonda maraqli  konsert proqramı olmuşdur.

 

Vaqif  BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında