İsmayıllının daha bir kəndinə içməli su verildi

 

Rayonun 123 təsərrüfatı olan Kürdeldarbəyli kəndinə içməli suyun verilməsi münasibəti ilə mərasim keçirilib. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əlamətdar gün münasibətilə kənd əhalisini təbrik edib. Onlara su qədər uzun ömür arzulayıb. Rayon rəhbəri qeyd edib ki, İsmayıllıda bu qəbildən olan sosial tədbirlər dövri olaraq davam etdiriləcək. 

“Azərsu” ASC-nin Birləşmiş Su-kanal MMC-nin direktoru Etibar Məmmədov vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir. Natiq bildirib ki, kənddən 2 kilometr aralıda,  kənd səviyyəsindən 30 metr hündürlükdə hər birinin tutumu 100 kubmetr olan 2 anbar tikilib. Bununla da kəndin 531 sakini içməli su ilə təmin olunub.

Kənd sakinləri uzun illərdir uzaq məsafədən su daşıdıqlarını, nəhayət ki, bu əziyyətdən qurtulduqlarını deyib və sevinclərini bölüşüblər. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Yeni su xətti Kürdeldarbəylidə bayram əhval-ruhiyyəsi yaradıb.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında