“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası prezident seçkilərində “exit-poll” təşkil edəcəkdir

 

 

 

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası (ATV) 9 oktyabr prezident seçkilərində “exit-poll” təşkil edəcəkdir.

Kompaniyadan AzərTAc-a bildirilmişdir ki, bu məqsədlə seçkiqabağı vəziyyətin öyrənilməsi, seçki günündə “exit-poll”un keçirilməsi üzrə ixtisaslaşmış və təcrübəli beynəlxalq tədqiqat şirkətlərinin fəaliyyəti barədə araşdırma aparılmışdır. Nəticədə fəaliyyəti, ictimai rəyin öyrənilməsi ilə bağlı təcrübəsi, indiyədək apardığı tədqiqatları, xüsusilə də ciddi reputasiyası nəzərə alınaraq mərkəzi qərargahı Fransada yerləşən “OpinonWay” Tədqiqat İnstitutuna müraciət edilmişdir. Beləliklə, cari ilin iyul ayından etibarən ATV ilə “OpinonWay” arasında danışıqlara başlanılmış və avqustun sonunda tərəflər müqavilə imzalamışlar. Bu institut sahə işlərinin həyata keçirilməsi, texniki dəstək üçün yerli tərəfdaş kimi “Konstitusiya” Araşdırmalar Fondunu seçmişdir.

Müqavilənin şərtlərinə əsasən seçkiqabağı vəziyyətin qiymətləndirilməsi məqsədilə sentyabrın 23-29-da respublikanın bütün ərazisini əhatə etməklə ictimai rəy sorğusu keçirilmişdir. Sorğunun nəticələri ATV vasitəsilə “OpinonWay” Tədqiqat İnstitutunun  nümayəndəsi Bruno Janbart tərəfindən açıqlanmışdır.

Səsvermə günü 64 seçki dairəsini əhatə etməklə 99 seçki məntəqəsində “exit-poll”un keçirilməsi nəzərdə tutulmuşdur. İlkin nəticələrlə bağlı gün ərzində üç dəfə (saat 13:00, 16:00 və 18:00-da) məlumat açıqlanacaqdır. Səsvermə bitdikdən sonra isə yekun nəticələr ictimaiyyətə təqdim olunacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında