Seçici siyahılarının dəqiqləşdirilməsi seçki hərəkətlərinin ən mühüm mərhələlərindən biridir

 

Seçici siyahılarının dəqiqləşdirilməsi seçki hərəkətlərinin ən mühüm mərhələlərindən biridir.

Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ildə bir dəfə, yanvarın 1-dən mayın 31-dək Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyaları, eləcə də Seçkilər İnformasiya Mərkəzi ilə birlikdə ölkə üzrə seçici siyahılarını dəqiqləşdirir. Bu seçki ilində də ənənəvi olaraq mayın 31-dək siyahılar dəqiqləşdirilmiş, səsvermə gününə 25 gün qalmış bu siyahılar bir daha nəzərdən keçirilmişdir. Bundan sonra seçici siyahıları dəqiqləşdirilmiş formada çap olunmuş və məntəqələrə göndərilmişdir.

Sentyabrın 14-dək dəqiqləşdirilmiş siyahı üzrə ölkədə aktiv seçici hüququ olan 5 milyon 16 min 365 nəfər daimi seçici vardır.

Bundan başqa, müvəqqəti yaradılmış məntəqələr də vardır. Bunların sırasında Xəzər Dəniz Gəmiçiliyində, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, eləcə də xəstəxana və sanatoriyalarda yaradılmış məntəqələri göstərmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında