Fransanın “OpinionWay” Tədqiqat İnstitutu Azərbaycanda seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirmişdir

 

Fransanın “OpinionWay” Tədqiqat İnstitutu Azərbaycanda seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirmişdir.

“Əgər seçkilər bu gün keçirilsəydi siz kimə səs verərdiniz?” sualına cavabında rəyi soruşulanların 79,9 faizi Prezident İlham Əliyevin, 7,8 faizi Cəmil Həsənlinin, 1,5 faizi Qüdrət Həsənquliyevin, 0,6 faizi İqbal Ağazadənin, 0,3 faizi Zahid Orucun, 0,2 faizi İlyas İsmayılovun, 0,2 faizi Araz Əlizadənin, 0,2 faizi Sərdar Məmmədovun, 0,1 faizi Hafiz Hacıyevin, 0 faizi Fərəc Quliyevin namizədliyini dəstəklədiyini bildirmişdir. 

Respondentlərin 56,2 faizi Azərbaycan iqtisadiyyatının vəziyyətinin yaxşılaşdığını, 26,7 faizi dəyişməz qaldığını, 12,5 faizi pisləşdiyini bildirmiş, 4,6 faizi rəy bildirməkdə çətinlik çəkmişdir.

Rəyi soruşulanların 72,7 faizi hazırda Azərbaycanda mövcud olan ən vacib problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 19,8 faizi iqtisadi, 16,3 faizi təhsil, 8 faizi ətraf mühit, 3 faizi milli təhlükəsizlik problemi olduğunu söyləmişdir. Qalan respondentlər bu məsələ ilə bağlı rəy bildirməkdə çətinlik çəkmişlər.

Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1000 nəfər iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında