Mətbuat Şurası Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirir

 

 

Azərbaycan Mətbuat Şurasının və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri oktyabrın 5-də Müstəqil Mətbuat Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a demişlər ki, qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olmuş, burada yerli və xarici jurnalistlər üçün yaradılmış şəraitlə maraqlanmışlar.

Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov məlumat vermişdir ki, mərkəz oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini geniş, operativ, obyektiv işıqlandırılması və seçkilərin şəffaflığının təmin edilməsi məqsədi ilə yaradılmışdır. Mərkəz oktyabrın 2-də fəaliyyətə başlamışdır.

Müstəqil Mətbuat Mərkəzi bütün yüksək tələblərə cavab verən avadanlıqla təmin edilmişdir. Burada jurnalistlərin, beynəlxalq və yerli müşahidəçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Mərkəz bütün səviyyədə mətbuat konfransları keçirmək, bəyanatlar vermək üçün açıqdır. Namizədlər öz broşürlərini, məlumat materiallarını burada yerləşdirə bilərlər.

Sonra mərkəzin əlaqələndiricisi Elşad Fərzəliyev çıxış edərək  demişdir ki, mərkəz səhər saat 9:00-dan axşam saatlarınadək fəaliyyət göstərir. Burada xarici və yerli jurnalistlər heç bir maneə olmadan seçkilərlə bağlı məlumatları öz mətbu orqanlarına göndərə bilərlər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov demişdir ki, belə bir mərkəzin yaradılması seçkilərin geniş, operativ, obyektiv işıqlandırılması və seçkilərin şəffaflığının təmin edilməsi baxımlından mühüm əhəmiyyətə malikdir.

Mətbuat Şurası idarə heyətinin üzvləri mərkəzdə yaradılmış şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, mərkəzin bütün lazımi avadanlıqla, eləcə də yüksək sürətli internetlə təmin olunması, jurnalistlər üçün normal iş şəraitinin yaradılması çox yaxşıdır. Biz bunu yüksək qiymətləndiririk. İnanırıq ki, jurnalistlər də bu imkandan istifadə edərək seçkilərlə bağlı obyektiv, doğru və qərəzsiz məlumatlar yayacaqlar.

Sonra Mətbuat Şurası idarə heyətinin üzvləri, ayrı-ayrı qəzetlərin baş redaktorları mərkəzlə bağlı fikirlərini bölüşmüşlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında