“SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılmışdır

 

Seçki sisteminin daha da təkmilləşdirilməsi, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur.

“SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılmışdır. Seçki sistemində avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Müstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan bu sahədə ön sıradadır. Ölkəmizdə bu sistem 2000-ci ildən tətbiq olunur. Sistem ildən-ilə təkmilləşdirilir. Bu il isə bu sistemin imkanları daha da genişləndirilmişdir. Ölkə üzrə yaradılmış 125 dairə seçki komissiyasını hər birinin inzibati binasına fiber-optik kabel çəkilmişdir. Bununla da MSK-nın İnformasiya Mərkəzi və dairə seçki komissiyaları lokal şəbəkədə birləşmişdir. Bu şəbəkə çərçivəsində MSK-nın informasiya mərkəzi ilə dairə seçki komissiya arasında 1-10Gb/saniyə sürətli informasiya mübadiləsi aparmaq mümkündür. Bu da dairə seçki komissiyalarına imkan verəcəkdir ki, seçici fəallığı və seçkilərin ilkin nəticələri ilə bağlı məlumatları daha operativ və təhlükəsiz şəraitdə MSK-ya ötürsünlər. Bununla da həmin məlumatlar hesabat saatlarına uyğun olaraq KİV vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

Hesabat saatları seçki günü səsvermə başa çatana qədər 5 dəfə nəzərdə tutulmuşdur.

Oktyabrın 9-da saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçici fəallığı ilə bağlı məlumatlar yayımlanacaqdır.

Protokolların qəbulu başa çatdıqdan sonra isə namizədlərin topladıqları səslərin bölgüsü ilkin nəticə olaraq ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

İşin səmərəsinin artırılması məqsədi ilə dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktik treninqlər də keçirilmişdir.

Operatorlara seçki günü məlumatları MSK-ya ötürmək üçün istifadə edəcəkləri “SEÇKİLƏR” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktik bilgi verilmiş, istifadə qaydaları əyani formada onlara öyrədilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında