Lənkəran səyyar qəbul-görüşlər intensiv xarakter daşıyır və razılıqla qarşılanır

 

 

Artıq xeyli vaxtdır ki, Lənkəran şəhər rəhbərliyi ardıcıl olaraq yerlərdə səyyar qəbul-görüşlər keçirməklə əhali ilə birbaşa ünsiyyət yaradılmasına və cari problemlərin öyrənilməsinə, qarşıda duran vəzifələrin həllinin sürətləndirilməsinə çalışır.

 

Son bir həftə ərzində  icra hakimiyyətinin başçısı Taleh Qaraşov Boladi, Girdəni, Sütəmurdov, Qurunba, Kosalar, Xanbulan kəndlərində, Liman şəhərində, eləcə də Lənkəranın ayrı-ayrı yaşayış massivlərində sakinlərlə işgüzar görüşlər keçirmiş, onların şikayət, arzu və təkliflərini dinləyərək qaldırılan məsələlərin operativ yerinə yetirilməsi üçün tədbirlər görülməsinə nail olmuşdur. Görüşlərdə  bir qaydaolaraq icra başçısının müavinləri,  şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

 

İştirakçılar respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, həyata keçirilən sosial proqramlar nəticəsində əldə olunan dinamik inkişafdan razılıqlarını bildirmiş və sosial xarakterli bəzi məsələlərin həlli üçün rəhbərliyə müraciət etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Lənkəranın simasının hər ötən gün daha da gözəlləşməsi, əhalinin rifah halının daha da yaxşılaşması dövlətin regionlara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. İstifadəyə verilən yeni sosial obyektlər, inşa edilən yeni məktəb və səhiyyə müəssisələri hamıda böyük sevinc hissləri yaradır.

 

Görüşləri yekunlaşdıran İcra başçısı son bir ildə Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar dövlət başçısı tərəfindən 8 sərəncam imzalandığını söyləmişdir. O, əldə olunan uğurların qorunması üçün hamının ciddi səy göstərməsi, vətənə layiqincə xidmət etməsi zərurətini önə çəkmiş, qaldırılan məsələlərin nəzərə alınacağını və həll ediləcəyini diqqətə çatdırmışdır.

 

T.Qaraşov dünən şəhərin Şəhidlər Xiyabanı, S.Ələmov, V.Tereşkova, Ş.Qurbanov, Bağbanlar və M.Hüseynzadə küçələrinin sakinləri ilə də görüşərək problemlərlə maraqlanıb.

 

Əli NƏCƏFXANLI,

"Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında