Ədliyyə orqanlarına işə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir

 

Ədliyyə orqanlarının layiqli kadrlar hesabına komplektləşdirilməsi məqsədi ilə davamlı olaraq şəffaf prosedurlarla qulluğa qəbul üzrə müsabiqə və müsahibələr keçirilir, gənc ədliyyə işçilərinin potensialından səmərəli istifadə olunmasına, onların peşəkar dövlət qulluqçusu kimi formalaşmalarına xüsusi önəm verilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, növbəti seçim prosesində uğur qazanaraq ədliyyənin müxtəlif sahələrinə təyinat alan 100-dən artıq gənc hüquqşünas, xaricdə təhsil almış müdavim, həmçinin tibb işçiləri ilə Ədliyyə Nazirliyinin rəhbərliyinin görüşü keçirilmişdir.

Tədbirdən əvvəl gənclər Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, önünə gül dəstəsi düzmüş, dahi öndərin əziz xatirəsini ehtiramla anmışlar.

Görüşdə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində dövlətimiz tərəfindən gənclərə xüsusi diqqətin yetirilməsini, müasir gəncliyin aktual məsələlərinin həllinə yönəldilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunmasını, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının gücləndirilməsinin əsas prioritetlərdən biri kimi müəyyən edilməsini diqqətə çatdırmışdır.

F.Məmmədov ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlərdən bəhs etmiş, qulluğa qəbul olunan hər bir şəxsdən məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırmış, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini vermişdir.

Qeyd olunmuşdur ki, şəffaf prosedurlarla keçirilən müsabiqələr əsasında qulluğa qəbul edilən şəxslərin tam əksəriyyəti gənclərdir və bu gün ədliyyə orqanları işçilərinin yarısını məhz onlar təşkil edirlər.

Mərasimdə çıxış edən gənc mütəxəssislər Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə edərək ədliyyə orqanlarına qulluğa qəbul olunmalarından qürur hissi keçirdiklərini, müsabiqənin aşkarlıq şəraitində, obyektiv təşkil olunmasına görə minnətdarlıqlarını bildirmiş, ölkəmizin daha da qüdrətlənməsi naminə sədaqətlə xidmət edəcəklərini vurğulayaraq, şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlarına söz vermişlər.

Sonra qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmiş, onlara xidməti vəsiqələr təqdim edilmiş, nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında