MDB-dən olan müşahidəçilər missiyasının üzvləri Azərbaycan Baş prokurorunun birinci müavini ilə görüşmüşlər

 

MDB-dən olan müşahidəçilər missiyasının nümayəndələri oktyabrın 4-də Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov ilə görüşmüşlər.

Missiyanın qərargahında AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanda prezident seçkiləri kampaniyasının təşkili və keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Rüstəm Usubov bildirmişdir ki, seçki Məcəlləsinə uyğun olaraq prokurorluq orqanları seçki prosesinin pozulması ilə əlaqədar daxil olan müraciətlərə operativ şəkildə baxılması üçün zəruri tədbirlər görür. Belə ki, Baş Prokurorluq yanında daxil olan şikayət və ərizələrin yoxlanılması üçün xüsusi işçi qrup yaradılmışdır. Oktyabrın 4-nə qədər Baş Prokurorluğa beş müraciət daxil olmuşdur. Onlardan biri imzasız olmuş, qalan dördü isə aidiyyəti üzrə göndərilmişdir.

MDB-dən olan müşahidəçilər missiyasının qərargahının rəhbəri Yevgeni Sloboda qeyd etmişdir ki, prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyası artıq formalaşmışdır. Missiyanın tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanı, MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasını, Belarus-Rusiya İttifaqının Parlament Məclisini və MDB İcraiyyə Komitəsini təmsil edən 276 nəfər daxildir.

MDB-dən olan qısamüddətli müşahidəçilər artıq respublikamıza gəlməyə başlamışlar. Onlar missiyanın qərargahında təlimat keçdikdən və zəruri sənədləri aldıqdan sonra ölkənin regionlarına yola düşürlər. Səsvermə günündə missiyanın nümayəndələri Azərbaycanın bütün rayonlarında, Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində, habelə Naxçıvan Muxtar Respublikasında bütün seçki məntəqələrinə baş çəkəcəklər. Onlar səsvermə binalarının açılması anından başlamış məntəqə seçki komissiyaları tərəfindən səsverməyə yekun vurulana qədər seçkilərin müxtəlif mərhələlərində iştirak edəcəklər.

MDB-dən olan müşahidəçilər missiyası öz son nəticələrini və rəylərini yekun sənədində ifadə edəcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında