Bakıda 5 il ərzində 10-dan çox yeni metrostansiya istismara veriləcək

 

Yaxın beş il ərzində Bakı Metropoliteni 11 stansiya istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə metropolitendən məlumat vermişlər.

Məlumatda bildirilir ki, yaxın üç ildə 8, daha sonrakı iki il ərzində isə 3 stansiyanın istismara verilməsi planlaşdırılır.

Bakı Metropoliteni beş stansiyanı metronun yeni “bənövşəyi” xəttinin çəkilməsi çərçivəsində istismara verməyi planlaşdırır. Qalan altı stansiya isə metronun “yaşıl” xəttinin davamı olaraq açılacaq.

2014-cü ildə “bənövşəyi” xəttin iki stansiyasının - “Avtovağzal” və “Memar Əcəmi” - istismara verilməsi, sonrakı iki il ərzində isə daha üç stansiyanın istismara verilməsi planlaşdırılır.

Hazırda “yaşıl” xəttin davamı olaraq Yeni Günəşli və Köhnə Günəşli qəsəbələri istiqamətlərində tunellərin çəkilməsi işləri gedir.  “Xətai - Həzi Aslanov” sahəsində stansiyaların tikintisi işləri də davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında