XARİCİ XƏBƏR

Cənubi Koreya
Baş nazir istefa verdi
Baş nazir Çon Un Çxan vəzifəsindən istefa verib. Bu qərar hökumətin Çxunqxondo vilayətində biznes şəhəri inşa etmək planının uğursuzluğa düçar olması səbəbindən qəbul edilib. Müvafiq qanun layihəsi ölkə parlamentində dəstək qazanmayıb. Çon Un Çxan 2009-cu ilin sentyabrından hökumətə başçılıq edirdi.
Xəbəri Röyter agentliyi verib.
Rusiya
PRB-nin proqnozu
2009-cu ilin sonuna Rusiya əhalisinin sayı 142 milyon təşkil edirdi. Bu, ABŞ-dakı PRB tədqiqat təşkilatının məruzəsində əksini tapıb. Sənəddə bildirilir ki, 2025-ci ildə bu ölkənin əhalisi 133 milyon, 2050-ci ildə isə 117 milyon nəfər olacaq.
Məlumatı RİA "Novosti" verib.
ABŞ
NASA-da ixtisarlar
Amerika Aerokosmik Agentliyi (NASA) 1394 əməkdaşını işdən azad edir. Qərar agentlik tərəfindən "Speys Şattl" proqramının bağlanması səbəbindən qəbul edilib. Qeyd edək ki, proqram 1981-ci ildən fəaliyyət göstərirdi. Bu vaxt ərzində kosmosa 132 şattl gəmisi göndərilib.
İnformasiyanı CNN verib.
Çin
Yüksək sürətli dəmir yolları üzrə lider
Çin yüksək sürətli dəmir yollarının uzunluğuna görə dünya liderinə çevrilib. Hazırda ölkədə mövcud olan belə dəmir yollarının uzunluğu 6920 kilometr təşkil edir. Plana əsasən, 2012-ci ildə Çində yüksək sürətli dəmir yollarının uzunluğu 13 min, 2020-ci ildə isə 16 min kilometrə çatacaq.
Xəbəri Sinxua agentliyi verib.
Almaniya
Gəlir 4,4 dəfə artıb
Bu ilin ikinci rübü "Volkswagen" avtomobil konserni üçün uğurlu olub. Aprel-iyun ayları ərzində konsern 1,25 milyard avro təmiz gəlir əldə edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur. "Volkswagen" dünyanın ən iri avtomobil istehsalçılarından biridir. O, "Volkswagen", "Audi", "Seat" və "Şkoda" brendləri ilə avtomobil istehsal edir.
Məlumatı BBC yayıb.
Böyük Britaniya
Son 100 ildə ilk bank
Böyük Britaniyada son 100 ildə ilk yeni bank fəaliyyətə başlayacaq. Perspektivdə bu bankın ölkədə 200 filialının açılması nəzərdə tutulub. "Metro Bank" adlanacaq yeni maliyyə institutu ölkə üçün yeni iş rejimində fəaliyyət göstərəcək. Britaniya bankları səhər saat 9-dan 17-yə qədər işlədikləri halda, "Metro Bank" 8-dən 20-yə qədər işləyəcək.
İnformasiyanı CNN verib.

{nl}


Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında