Azərbaycanın Almaniyadakı səfirliyi öz işini bərpa etmişdir

 

Ötən gün diplomatik missiyanın binasının yaxınlığında bombanın olması ilə bağlı məlumatdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Almaniyadakı səfirliyi bu gün öz işini bərpa etmişdir. Bu barədə Trend-ə səfirlikdən məlumat vermişlər.

Daha əvvəl Almaniya mətbuatı xəbər yaymışdı ki, Berlində yerləşən səfirliyin yaxınlığında ötən gün 500 kiloqramlıq aviasiya bombası aşkar olunmuşdur. Bu məlumatın yayılmasından sonra Azərbaycanın diplomatik missiyasının bütün heyəti, həmçinin yaxınlıqda yerləşən evlərdən 3600 adam da təxliyyə olunmuşdur.

Hadisə yerində işləyən mütəxəssislərin fikrincə, binanın yaxınlığında aşkar edilən bomba İkinci Dünya müharibəsi dövrünə aiddir. Bomba zərərsizləşdirilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında