Torpaq sahələrinin suvarılması üçün tədbirlər görülür

 

Həmin gün Ali Məclisin sədri Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, muxtar respublikada mövcud su potensialından səmərəli istifadə nəticəsində yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmış, ərazilərin su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Hər il hidrotexniki qurğularda təmir-bərpa işləri aparılır, istismara yararsız su xətləri yeniləri ilə əvəz olunur. Hazırda Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Araz çayından qidalanan “Azərbaycan” nasos stansiyasının istismara yararsız boru xətləri dəyişdirilir.

Boru xətlərinin ümumi uzunluğu 16,6 kilometrdir. Bu günə qədər 13,7 kilometr məsafədə boru xətlərinin çəkilişi başa çatdırılmışdır. Boru xətlərinin çəkilişindən sonra mövcud supaylayıcı hovuzlarda da təmir-bərpa işləri aparılacaqdır. Bununla da 1200 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq, eyni zamanda 1000 hektardan artıq əkin sahəsində suvarma tədbirləri yaxşılaşdırılacaqdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında