Yanğın baş vermişdir

{nl}

27 iyul 2010-cu il tarixdə saat 13:30 radələrində Şabran rayonunun Xəlifələr, Düzbilici, Qorğan, Sumağa, Qazma və Pirəbədil kəndləri ərazisindəki torpaq mülkiyyətçiləri tərəfindən Azərbaycan Respublikası "Yanğın təhlükəsizliyi haqqında" Qanunun 9-cu maddəsinin 2-ci bəndinin tələbləri pozularaq taxılı biçilmiş sahələrdə kövşənlər yandırılmışdır. Küləkli hava şəraiti yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirmiş və hətta adları çəkilən kəndlərin yanma təhlükəsi yaranmışdır.
Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Şabran Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Şabran rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının, habelə yerli əhalinin səyləri nəticəsində saat 21:00 radələrində söndürülmüş, yanğının meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Bundan başqa, 27 iyul 2010-cu il tarixdə Siyəzən rayonunun Calğan və Qozağacı kəndləri ərazisində də kövşənlərin yandırılması nəticəsində yanğın hadisəsi baş vermiş və genişlənərək 1000 hektardan artıq bələdiyyə torpaqlarının ərazisini əhatə etmişdir. Yanğın həm də Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1,5 hektar meşə fonduna keçmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, ərazidə işləyən Azərkörpü Açıq Səhmdar Cəmiyyətinin 23 saylı tikinti sahəsinin işçilərinin səyləri nəticəsində yanğın söndürülmüş, meşə fondunda təbii otlar yansa da, ağaclara ziyan dəyməmişdir. Həmçinin, 27 iyul 2010-cu il tarixdə saat 15:40 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ilə Xudat şəhəri arasında dəmiryolun mühafizə zolağı ərazisində daha bir yanğın hadisəsi baş vermişdir. Yanğına səbəb dəmiryolun kənarında təmizləmə işləri aparan dəmiryolçuların ehtiyatsızlığı olmuşdur. Yanğın zamanı 0,7 hektar ərazidəki quru ot və kollar yanmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli əhalinin və dəmiryolçuların köməyi ilə yanğın qısa müddət ərzində söndürülmüş və onun meşə fonduna keçməsinin qarşısı alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

{nl}


Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında