Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tallinndə "Bastion" qadın geyimləri fabrikində olmuşdur

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 7-də Tallinndəki qadın geyimləri istehsalı üzrə ixtisaslaşan "Bastion" fabrikində olmuşdur.
Burada Azərbaycanın birinci xanımına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, müasir dəbə uyğun geniş çeşiddə qadın geyimləri hazırlanan bu fabrik ayrı-ayrı vaxtlarda müxtəlif mükafatlara layiq görülmüşdür. 2003-cü ildə müəssisə "Qızıl iynə" mükafatını almışdır.
Mehriban xanımın diqqətinə çatdırıldı ki, fabrikdə müasir texnologiya əsasında tikilən yüksək keyfiyyətli qadın geyimləri dünyanın bir çox ölkələrinə ixrac olunur. Burada parçaların kəsilməsi və tikilməsi kompyuter proqramları vasitəsilə əvvəlcədən tərtib olunmuş qaydada aparılır. Şirkət məhsul istehsalı üçün müxtəlif ölkələrdən parça alır. Hazırda şirkətin dizaynerləri 2011-ci ilin yaz-yay mövsümü üçün geyim modelləri üzərində çalışırlar.
Mehriban xanım Əliyeva fabrikin tikiş sexində oldu, geyim nümunələrinin hazırlanma qaydasına baxdı.
Daha sonra Azərbaycanın birinci xanımı fabrikdə hazır geyim nümunələrinin nümayişinə tamaşa etdi.
Estoniya Prezidentinin xanımı Evelin İlves fabrik ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında