Məcburi köçkünlər prezident seçkilərində fəal iştirak edəcəklər

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi mühüm tədbirlər  həyata keçirir.

 Bu günlərdə  “Məcburi köçkünlərin 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində fəal iştiraka cəlb edilməsi, seçki qanunvericiliyinə dair  maarifləndirilmə  işlərinin aparılması” layihəsi çərçivəsində Bakı, Sumqayıt şəhərlərində və Bərdə rayonunda məcburi köçkünlərlə görüşlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər prezident seçkilərinin dövlətimiz və xalqımız üçün mühüm siyasi hadisə olduğunu bildirmiş, ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsi üçün münbit qanunvericilik bazasının formalaşdığı vurğulanmış, seçicilərin çoxsaylı sualları cavablandırılmışdır. Seçicilərə seçki qanunvericiliyinə dair hüquq, siyasi ədəbiyyat nümunələri,  mərkəzin nəşri olan informasiya, maarifləndirmə xarakterli 16 səhifəlik xüsusi buraxılışın nüsxələri paylanmışdır.

Xatırladaq ki, “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirmə tədbirləri davam edir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında