Son on ildə əlillərə dövlət qayğısı davamlı olaraq artmışdır

 

Ulu öndər Heydər  Əliyevin  ideyalarından güc alan   müstəqil Azərbaycan  dövləti son on ildə   çox uğurlu nailiyyətlər qazanmışdır. Dünyanın iqtisadi böhran içərisində boğulduğu bir dövrdə  müstəqil Azərbaycanımız  sürətlə inkişaf etdi, Cənubi Qafqazda lider dövlətə  çevrildi. Bu gün haqlı olaraq Azərbaycanı  islahatlar ölkəsi adlandırırlar. İndi dünyanın   sosioloji araşdırmalar aparan  güclü  təşkilatları Azərbaycanı  inkişaf etmiş ölkələrlə müqayisə edirlər. İnkişafımızın  mühüm cəhəti ondadır ki,  bütün sahələrdə tərəqqi var və bu da  gələcəyə inamla baxmağa imkan verir.

Son on ildəki uğurlarımızdan danışarkən  fiziki imkanları məhdud olan əlil insanlara  artan  qayğı və diqqəti də  xüsusi olaraq  qeyd etmək istərdim. Doğrudan da, bu  kateqoriyadan olan  insanların sosial problemlərinin həlli,  yeni mənzillərlə təmin olunmaları, təqaüdlərinin artırılması, onlara minik avtomobillərinin verilməsi, sağlamlıqlarına diqqətin artırılması və s. daim diqqət mərkəzində olmuşdur. Ən başlıcası isə əlil insanların cəmiyyətə  inteqrasiyasına   göstərilən diqqətdir. Azərbaycanda  əlillərin sosial müdafiəsi ilə bağlı həyata  kecirilən iri miqyaslı layihələr  son illər   fiziki imkanları məhdud olan  bu insanların  güzəranının yaxşılaşdırılmasına, onların həyat şəraitlərinin yüksəlməsinə  güclü təsir  göstərmişdir. İndi  dünyada az ölkə tapılar ki, əlillərə  dövlət tərəfindən minik avtomobilləri bağışlanılsın, yaxud onlar üçün məxsusi mənzillər tikilsın.

    Son dövrdə 5000-ə yaxın əlil mənzillə, 4000-dən çox əlil isə avtomobillə  təmin olunub. Hər il 300-dən artıq əlil  xarici ölkələrə müalicəyə göndərilir. Ölkəmizdə  əlillərin böyük qisminin müalicəsi təmənnasız olaraq həyata keçirilir. 2008-ci ildə  Bakı  şəhərində gözdən əlil insanlar üçün  bir bina tikilib istifadəyə verilmiş, digərinin  isə  hazırda  tikintisi davam etməkdədir. Bu binaların inşası üçün dövlət milyonlarla vəsait  ayırmışdır.

Əlillərin cəmiyyətə inteqrasiyası olduqca aktual problemdir  və hazırda   bu  sahədə ölkəmizdə  bir sıra layihələr reallaşdırılır. Bunun üçün ilk növbədə   fiziki imkanları məhdud olan  insanların təhsilə cəlb olunması  vacib məsələdir.  Son vaxtlar  gözdən əlillərin  təhsil problemlərinin həllinə  yönəldilən  layihələr bu problemi qismən həll etməyə imkan yaratmışdır.

Əlilər  üçün  Reablitasiya Mərkəzinin tikintisi də başa çatmaq üzrədir. Bu, gələcəkdə əlillərin  sağlamlığının təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Paralimpiya oyunlarında azərbaycanlı əlil  idmançıların böyük uğurlar qazanması da dövlətimizin onlara göstərdiyi diqqətin nəticəsidir. Gözdən əlillər də bu yarışlarda mütəmadi olaraq iştirak edirlər  və  yüksək nailiyyətlər qazanırlar.      

Əlbəttə, belə faktları çox  sadalamaq olar.Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti  əlillərin rahat yaşamaları, məşğulluqlarının təmin olunması, cəmiyyətə  hərtərəfli inteqrasiyası üçün   imkan olan hər şeyi edir.  Ona görə də,  bütün əlillər kimi, Gözdən Əlillər Cəmiyyətinin üzvləri də   dövlətin həyata  keçirdiyi siyasi kursu dəstəkləyir  və bu insanlar ölkəmizin gələcək inkişafında yaxından iştirak etmək  üçün    cəmiyyətə  daha güclü inteqrasiya etmək əzmindədirlər.

Səmyar ABDULLAYEV, 
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında