Səbaildə ahıllar bayramı

 

1 Oktyabr Beynəlxalq Ahıllar Günü Səbail rayonunda geniş qeyd olunmuşdur.

“Park Bulvar” Ticarət və İstirahət Mərkəzindəki “Zeytun” restoranında ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşların bir qrupu  üçün rayon icra hakimiyyəti bayram süfrəsi açmışdır. Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və cansağlığı arzulamış, dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində son 10 ildə pensiya və minimum əmək haqlarının məğləği dəfələrlə qaldırılmışdır. Bu il də ölkədə müavinətlər 10 faiz artmışdır.

Bu gün Səbail rayonunda   yaşayanların  6,5 faizi (6073 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif kateqoriya üzrə 2485 nəfər sosial müavinət,  422 ailə (1682 ailə üzvü)  ünvanlı sosial yardım alır. Hər bir ailəyə 119 manat sosial yardım təyin olunmuşdur.

Səbail Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin sosial xidmət şöbəsində 371 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Asif Əsgərov rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş  və bildirmişdir ki, yaşlı nəsil nümayəndələrinin məsləhət və təkliflərinə böyük ehtiyac var.

 Tədbirdə çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış  və bu işlərə görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Görüşdə iştirak edən ahıllara RİH tərəfindən ərzaq bağlamaları təqdim olunmuşdur.

R.TAHİR,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında