Naxçıvandakı seçki dairələrində veb-kamera quraşdırılmış məntəqələrin əməkdaşlarının iştirakı ilə seminar keçirilmişdir

 

Naxçıvan Muxtar Respublikasındakı (MR) seçki dairələrində veb-kamera quraşdırılan məntəqələrin sədr, katib və üzvlərinin iştirakı ilə seminar-treninq keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarı giriş sözü ilə açan Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məhərrəm Qasımov bildirmişdir ki, seçki günü məntəqə seçki komissiyası üzvlərinin öz vəzifələrini düzgün icra etmələri və səsvermə protokollarının təlimata uyğun doldurulması səsvermənin nəticələrinin müəyyən olunması baxımından çox vacibdir.

Bildirilmişdir ki, Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir.  Ölkəmizdəki seçki məntəqələrində əvvəlki seçkilərdə veb-kameralar quraşdırılmış məntəqələrin sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə çatdırılmışdır. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar artıq quraşdırılmışdır.

 Səsvermə günü istənilən internet istifadəçisinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi saytına və Naxçıvan Muxtar Respublikasının baş portalına daxil olmaqla səsvermənin gedişini canlı izləyə biləcəyini bildirən Naxçıvan MR rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılov veb-kameraların texniki xüsusiyyətləri və istifadə qaydalarından danışmışdır. Qeyd olunmuşdur ki, kameralar səsvermə günü seçki məntəqələrinin açılması anından səsvermənin yekunlarının müəyyənləşdirilməsi və səsvermənin nəticələri haqqında protokolun doldurulmasından sonra seçki məntəqələrinin bağlanması anınadək fasiləsiz olaraq fəaliyyət göstərəcəkdir.

Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazıldığına görə veb-kameraların quraşdırılması yekunlaşdıqdan sonra kameraların başqa istiqamətə yönəldilməsi, onların fəaliyyətinin fasiləsizliyinin pozulması, məlumatların əldə edilməsi, ötürülməsi və saxlanılması prosesinə, habelə bu məqsədlə istifadə edilən texniki qurğulara və vasitələrə qanunsuz müdaxilə, eləcə də kameralar vasitəsilə səsvermə kabinələrinin və kabinələrin içərisinin çəkilməsi qadağandır.

Bu tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.

Sonda Naxçıvan MR MSK əməkdaşları məntəqə seçki komissiyası protokolunun doldurulma qaydasını slaydlarla izah etmişlər. Tədbirdə seçki komissiyaları üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında