“Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilmişdir

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MSK-nın sədr müavini Natiq Məmmədov, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, QHT və media qurumlarının təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Vüqar Səfərli bildirib ki, konfransın keçirilməsində məqsəd seçkilərdə müşahidəçi kimi iştirak edəcək jurnalistlərin hüquqlarını anlatmaq, diskussiyalar aparmaqdır. O seçki prosesində jurnalistlərin böyük məsuliyyət daşıdığını, cəmiyyəti informasiya ilə təmin etdiyini bildirib. Daha sonra MSK sədrinin müavini Natiq Məmmədov seçkilərin şəffaf təşkil olunması ilə bağlı çıxış edib. O, bildirib ki, demokratiyanın vəziyyəti seçkilərlə ölçülür: “Artıq ölkədə seçkilərin qüsursuz keçməsini arzulayanların sayı artıb. Seçki güclünün kim olduğunu müəyyən etməkdir”. N. Məmmədov bildirib ki, seçki prosesində qeyri-şəffaflığın olması ədalət prinsiplərinə kölgə sala bilər. KİV -in burda əsas funksiyası seçkidə şəffaflığı işıqlandırmaqla ədalətliliyi təmin etməkdir.

Əflatun Amaşov isə diqqətə çatdırıb ki, MŞ həm yerli, həm də beynəlxalq qurumlarla davamlı əlaqələr saxlayacaq: “Seçki prosesində fəaliyyət göstərən jurnalistlər üçün MSK-nın hazırladığı bələdçi kitabı onlar üçün çox əhəmiyyətlidir və bu nəşr media nümayəndələrinin seçkidə necə iştirak edəcəyi ilə bağlı ətraflı məlumatları özündə əks etdirir”.

Daha sonra MSK-nın üzvü, MSK nəzdində mətbuat qrupunun rəhbəri Azər Tağıyevin “ Jurnalistlər tərəfindən seçki prosesində müşahidə aparılmasının hüquqi əsasları” adlı məruzəsi dinlənilmişdir.

Konfransın sonunda isə MSK təmsilçiləri tərəfindən jurnalistlərin sualları cavablandırılıb.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında