Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansı əməkdaşlıq haqqında müqavilə imzalamışlar

 

BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nyu Yorkda keçirilən yüksək səviyyəli illik görüşündə bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləni BMT tərəfindən Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nasser Abdulaziz Al-Nassir, Azərbaycan tərəfindən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov imzalamışlar.

Komitədən AzərTAc-a bildirmişlər ki, bu sənəd beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ən ali platforma olan BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaqdır. Belə ki, müqaviləyə əsasən Sivilizasiyalar Alyansı ilə dövlət komitəsi tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzinin fəaliyyətinə, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada yayılmasına dəstək veriləcəkdir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan - Tolerantlıq Məkanı” foto sərgisi Sivilizasiyalar Alyansının tədbirlərində, o cümlədən 2014-cü ildə İndoneziyada keçiriləcək forumda nümayiş olunacaqdır. Müqavilə çərçivəsində həyata keçiriləcək layihələr sırasında gələn il Azərbaycanda gənclər üçün yay məktəbinin və “Photolerance” foto müsabiqənin təşkili də yer alıb.

Sənədin imzalanması zamanı çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir müqaviləni beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tolerantlıq modelinə verilən yüksək qiymət kimi dəyərləndirmiş və bununla  iki qurum arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında