Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində informasiya-kommunikasiya texnologiyaları sahəsində yeniliklər tətbiq olunacaqdır

 

Seçkilərin hazırlanması və keçirilməsində “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi önəmli yer tutur. Oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması məqsədi ilə istər seçici siyahılarının dəqiqləşdirilməsi, istərsə də aşağı seçki komissiyalarından seçkilərlə bağlı müxtəlif məlumatların daha operativ, asan və təhlükəsiz şəkildə şəbəkəyə daxil olması və ictimailəşdirilməsinin təmin edilməsi məqsədi ilə informasiya şəbəkəsinin texniki və proqram təminatı təkmilləşdirilmiş, müvafiq məlumat bazaları yenidən formalaşdırılmışdır.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, MSK-nı ölkə ərazisindəki mövcud 125 seçki dairəsi ilə birləşdirən optik xətlər, eyni zamanda, rabitə təhlükəsizliyinin təmin olunması məqsədi ilə ehtiyat optik xətt çəkilmişdir. “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin texniki baxımdan təkmilləşdirilmiş lokal şəbəkə variantı    1-10 Gb/s sürətlə məlumat mübadiləsinin daha operativ, intensiv və təhlükəsiz həyata keçirilməsini, eləcə də məlumatların toplanması, saxlanması və ictimailəşdirilməsini təmin edir. Şəbəkədə istifadə olunan yeni proqram təminatı seçkilərlə bağlı müxtəlif məlumatlarla bərabər, dairə və məntəqə seçki komissiyaları üzvlərinin anket məlumatlarını və aşağı seçki komissiyaları haqqında texniki məlumatları, aktiv seçki hüquqlu Azərbaycan Respublikası vətəndaşlarına dair məlumatları özündə əks etdirir və vaxtaşırı bu məlumatların toplanması, yoxlanması, təhlili və vahid bazada müvafiq yaddaş qurğularında saxlanıb qorunmasına imkan verir. Şəbəkəyə eyni vaxtda bir nöqtədən 8 müxtəlif avadanlıq qoşmaq imkanının olması seçki prosesi ilə bağlı müxtəlif məzmunlu məlumatların kütləvi informasiya vasitələrinə və ictimaiyyətə dərhal və birbaşa çatdırılmasına şərait yaradır. Şəbəkə üzərindən quraşdırılmış lokal videokonfrans proqramı bütün dairə seçki komissiyaları ilə birbaşa və fasiləsiz bağlantı yaradılmasını da mümkün edir.

Seçici siyahılarının daha operativ qəbul olunub işlənilməsi və çapı, seçici siyahılarında müvafiq yoxlamanın aparılmasını həyata keçirən proqram təminatı da təkmilləşdirilmişdir. Təkmilləşdirilmiş xüsusi proqram modulları seçici siyahılarında orfoqrafik səhvlərin yoxlanılması, təkrarların aşkarlanması, oxşar məlumatların araşdırılması və texniki səhvlərin aradan qaldırılmasına, eləcə də digər xarakterli təhlil və müqayisələrin həyata keçirilməsinə imkan verir.

“Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə məlumatların asan və operativ mübadiləsi məqsədi ilə bütün seçki dairələri üçün elektron poçt ünvanları yaradılmışdır ki, bu da seçkilərə dair daha asan, operativ və təhlükəsiz ani məlumat mübadiləsinə imkan verir.

“Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yüksək keyfiyyətli fəaliyyətini, eləcə də aşağı seçki komissiyaları ilə fasiləsiz rabitəni təmin etmək məqsədilə dairə seçki komissiyalarının texnoloji bazaları daha da gücləndirilmiş, bütün dairə seçki komissiyaları yüksək parametrlərə malik kompyuter, onlar üçün müvəqqəti enerji mənbəyi (UPS) və noutbukla təchiz olunmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında