Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktiki treninqə başlanılmışdır

 

Oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq məqsədilə sentyabrın 30-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) məsləhətçi-operatorları üçün praktiki treninqə başlanılmışdır.

Treninqin ilk günündə MSK katibliyinin rəhbəri Rövzət Qasımov çıxış edərək, bu il 125 seçki dairəsinin hamısına optik xətt çəkildiyini və MSK ilə lokal şəbəkədə birləşdirildiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, məlumatların daha operativ, intensiv və təhlükəsiz ötürülməsi, toplanması, saxlanılması və ictimailəşdirilməsi üçün “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılmışdır. Yeni lokal şəbəkə operativliyin təmin edilməsi üçün geniş imkanlara malikdir.

Vurğulanmışdır ki, üç gün davam edəcək treninqin məqsədi operatorlara seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, onları maraqlandıran suallara aydınlıq gətirməkdən ibarətdir. Operatorlar bu treninqdə praktiki iş təcrübəsi qazanacaqlar ki, bu da seçki günü şəbəkədən daha rahat istifadəni təmin edəcəkdir.

Sonra MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov treninqdə iştirak edənlərə seçici siyahılarında səhvlərin aradan qaldırılması, DSK-ların informasiya texnologiyaları avadanlığı ilə təchizatı, MSK məlumatlarından smartfon tipli mobil telefon proqramlarında istifadəsi, seçkilər şəbəkəsi üzrə yeniliklər barədə məlumat vermiş, informasiyaların ötürülməsində yarana biləcək texniki problemlərin həlli yollarından danışmışdır.

Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında