İlin birinci yarısı Yevlax rayonu üçün uğurlu olmuşdur

{nl}

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələr Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda geniş müzakirə olunmuşdur.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev 2010-cu ilin birinci yarısında rayonda görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Cari ilin birinci yarısının Yevlax rayonu üçün uğurlu olduğunu deyən məruzəçi bildirmişdir ki, geniş tikinti, quruculuq, abadlıq işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin həllinə xüsusi diqqət yetirilmişdir.
Hesabat dövründə ümumdaxili məhsulun həcmi 211 milyon manat olmuşdur. Bu, 2009-cu ilin birinci yarısının göstəricisinə nisbətən 61,4 milyon manat və yaxud 41 faiz çoxdur. Ümumdaxili məhsulun 5,4 milyon manatını sənaye, 34,2 milyon manatını kənd təsərrüfatı, 74 milyon manatını tikinti, 77,5 milyon manatını ticarət, 2,1 milyon manatını nəqliyyat, 0,4 milyon manatını rabitə, 17,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal edilmiş sənaye məhsulunun 1 milyon 978 min manatlığı ixrac olunmuşdur.
İlin ilk altı ayında adambaşına 1771,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,6 faiz çox ümumdaxili məhsul istehsal edilmişdir. Pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 77,5 milyon manat təşkil etmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.
Ötən altı ayda bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 183,4 milyon manat olmuşdur. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 85,6 milyon manat və yaxud 187,5 faiz çoxdur. Kapital qoyuluşunun 161,9 milyon manatı əsas kapitala yönəldilmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən əsas kapitala 90,1 milyon manat və yaxud 2,2 dəfə çox investisiya qoyulmuşdur.
Birinci yarımildə şəhərdə Milli Təhlükəsizlik Nazirliyinin Yevlax şöbəsi və rayon baytarlıq idarəsinin binaları tikilərək istifadəyə verilmiş, 235 çarpayılıq regional klinik xəstəxananın, "Lalə tekstil" MMC-nin ikinci növbəsinin, dekorativ plitə istehsal edən sexin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Azərbaycan Beynəlxalq Bankının və "Bank of Baku"nun filiallarının, Mərkəzi Bankın Yevlax ərazi idarəsi və ehtiyatların idarəetmə mərkəzinin binalarının, laminat-parket zavodunun, "Azərtoxum" MMC-nin toxumçuluq müəssisəsinin, ayaqqabı fabrikinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Miqrasiya Xidməti regional idarələrinin, yeni avtovağzalın, 5 ulduzlu mehmanxana kompleksinin, şəhər 1 nömrəli orta məktəbinin, Cırdaxan və Xaldan kənd əsas məktəblərinin, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin birləşmiş avtomobil məktəbinin, Kür çayının sağ sahilində bulvar kompleksinin, 6 mərtəbəli yaşayış binasının, Cırdaxan kəndində feldşer-mama məntəqəsinin, rayon ərazisində məcburi köçkünlər üçün yaşayış kompleksinin, Qala kompleksinin və açıq havada muzeyin, K-11 kollektorunda nasos stansiyasının tikintisi və təzyiqli xətlərin çəkilişi, dəmir yol vağzalında və dəmir-beton zavodunda yenidənqurma işləri davam etdirilmişdir.
Yığıncaqda çıxış edənlər görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında