ATƏT-in Bakı ofisi “İnsan alveri və məcburi əmək” mövzusunda jurnalistlər üçün təlim keçirmişdir

 

ATƏT-in Bakı ofisi Azərbaycanın media təmsilçiləri üçün araşdırma jurnalistikasına dair təlim layihəsinin davamı olaraq Mətbuat Şurasının əməkdaşlığı və USAİD Azərbaycan təşkilatının maliyyə dəstəyi ilə jurnalistlər üçün üçüncü təlim kursu təşkil edib. 26-27 sentyabrda Quba şəhərində təşkil olunmuş təlimin əsas mövzusu insan alveri və məcburi əmək hallarına həsr olunub.

Məqsəd jurnalistlərin insan alveri qurbanları və şahidlərindən müsahibə götürmək bacarıqlarını təkmilləşdirmək və onların bu mövzuda bilik və informasiyalarının artırılmasıdır. İştirakçılar həmçinin insan alveri hallarının araşdırılması zamanı öz təhlükəsizliklərini qorumağın yolları haqqında məlumat əldə edib. Bununla yanaşı, jurnalistlər insan hüquqları, insan alveri və məcburi əmək sahəsində müvafiq yerli və beynəlxalq hüquqi sənədlərdən istifadə yolları haqqında da biliklərə yiyələnib.

Təlim zamanı ATƏT-in Bakı ofisinin insan alveri ilə mübarizə proqramının rəhbəri Təranə Bağırova, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin məsul əməkdaşı, polkovnik-leytenant Samir Qarayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Ruxsarə Axundova, beynəlxalq təşkilatların təmsilçiləri araşdırmaçı-jurnalistlər Jody Macphilips, Stevan Dojçinoviç çıxış etmiş, vətəndaş cəmiyyəti təşkilatlarının və media orqanlarının nümayəndələri Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair mövcud təcrübə haqqında məlumat vermişdir. Onlar həmçinin bu sahədə yeni media vasitələrinin istifadəsi, eləcə də yeni media mühitində obyektivlik, qərəzsizlik və dəqiqlik kimi prinsiplərə sadiq qalmağın yollarını müzakirə etmişlər.

Təlim kursunun sonunda iştirakçılara ATƏT-in Bakı ofisinin sertifikatları təqdim edilmişdir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında