Türkiyənin dövlət naziri "Türk Dünyası-Riyad" Ticarət Mərkəzinin açılışında iştirak etmişdir

{nl}

İyulun 29-da Abşeron rayonunda "Türk Dünyası-Riyad" Ticarət Mərkəzinin açılışı olmuşdur.
Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti Ticarət Mərkəzinin açılışında iştirak etmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə Türkiyə istehsalı olan məhsulların satışı nəzərdə tutulmuşdur.
Rəmzi açılışı bildirən lenti kəsən Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan bildirmişdir ki, iki ölkə sahibkarlarının iş birliyi əsasında yaradılan şirkətlərin fəaliyyəti Azərbaycan-Türkiyə qardaşlığının və türk dünyası birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Qeyd edilmişdir ki, "Türk Dünyası-Riyad" Ticarət Mərkəzinin yaradılması Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Yeni mərkəzin açılması ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsinə əlavə imkanlar yaradacaqdır. Ticarət mərkəzində 2983 dükan fəaliyyət göstərəcəkdir. Burada türk mallarının topdan və pərakəndə satışı təşkil ediləcəkdir. Mərkəzdə yerli sahibkarlarla bərabər, türk iş adamları da fəaliyyət göstərəcəklər. Bildirilmişdir ki, hələ bir müddət əvvəl Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələrinin inkişafı məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətində əməkdaşlığa dair müqavilə imzalanmışdır. İmzalanan sənədlər ticarət sahəsində həm Azərbaycan, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında