Prezident seçkiləri ilə bağlı səsvermə bülletenlərinin çap olunması prosesinə başlanılmışdır

 

Sentyabrın 28-də Milli Məclisin mətbəəsində qarşıdan gələn prezident seçkiləri ilə bağlı səsvermə bülletenlərinin çapına başlanılmışdır.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov həmin mətbəədə səsvermə bülletenlərinin, dairə və məntəqə seçki komissiyalarının yekun protokollarının çap olunması prosesi ilə tanış olmuşdur.

Sözügedən sənədlərin çapına başlanılmasından danışan  MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə bildirmişdir ki, 5 milyon 149 min 255 bülleten çap olunacaqdır. Çap olunmuş bülletenlərin və protokolların dairə seçki komissiyalarına paylanılmasına sentyabrın 30-dan başlanılacaq və oktyabrın 4-də bu proses başa çatdırılacaqdır.

MSK-nın sədri qeyd etmişdir ki, bülletenlərin çap olunma və paylanma prosesini beynəlxalq müşahidəçilər və KİV nümayəndələri də izləyə biləcəklər. Seçki bülletenlərinin və yekun protokollarının çapı prosesinin mühafizəsi isə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Sonda Məzahir Pənahov qeyd etmişdir ki, Azərbaycanda prezident seçkiləri tam şəffaf, vətəndaşların konstitusion hüquqlarının qorunması çərçivəsində həyata keçiriləcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında