Gənclər biliklərini nümayiş etdirmişlər

 

Xəzər Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə III Azərbaycan çempionatının Xəzər rayon mərhələsi çərçivəsində “Xəmsə” milli intellektual oyunu keçirilib.

Şüvəlan Mədəniyyət Evində keçirilən tədbiri giriş sözü ilə açan Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev gələcəyin qurucusu olan gənc nəslə ölkəmizdə göstərilən diqqət və qayğıdan danışdı və onların hərtərəfli inkişafı üçün hər bir şəraitin yaradıldığını vurğuladı: “Dövlətin diqqət və qayğısı nətisəsində yüksək intellektə malik gənclər yetişir. Onlar həyatın bütün sahələrində fəaliyyət göstərərək böyük nailiyyətlər əldə edirlər”. V.Əliyev keçirilən bu cür tədbirlərin gənclərin intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətini vurğuladı.

Qeyd edək ki, “Xəmsə” milli intellektual oyununda 8 komanda iştirak etmişdir. Yekun nəticələrə görə 183, 92 və 26 saylı orta məktəblərin komadaları ilk üç yeri tutublar.

Leyla QURBANOVA, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında