Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sürətlənir

 

 

 

Azərbaycan Prezidentinin tapşırığı ilə hər yerdə olduğu kimi, Lənkəranda da vaxtaşırı əhali ilə görüşlər keçirilir, sakinlərin problemləri öyrənilir və həll edilir. Xüsusilə son vaxtlar elə gün olmur ki, şəhər rəhbərliyi bu və ya digər yaşayış məntəqəsində səyyar qəbul və görüşlər keçirməsin, təbii qaz verilişində iştirak etməsin.

Lənkəran şəhərinin mikrorayon, eləcə də “Böyük bazar” və "Kiçik bazar" yaşayış məntəqələrində, Mamusta və Bəlləbur kəndlərində, Viyən, Yuxarı Nüvədi və Mikolan kəndlərində görüşlər və təbii qaz verilməsi mərasimləri əhalinin razılığı ilə qarşılanmışdır. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşlərini Şürük, Kənarmeşə, Nərimanabad və Hirkanda, habelə Gərmətükdə keçirmiş, təsərrüfatlara mavi yanacaq verilişi qeyd olunmuşdur.

İcra başçısı son 1 il ərzində dövlət başçısının Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı 8 sərəncamdan irəli gələn vəzifələrin hazırda uğurla icra edilməsindən, Lənkərana və lənkəranlılara göstərilən diqqət və qayğının günbəgün artmasından bəhs etmişdir.

Görüşlərdə bildirilmişdir ki, artıq Lənkəranın 47 yaşayış məntəqəsinin sakinləri təbii qaz alırlar. İlin sonuna qədər daha 27 kəndə qaz veriləcək. Bu da 45560 təsərrüfatdan 41895-nin mavi yanacaqla təmin olunması deməkdir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mayın 31-də Lənkəranda vətəndaşları qəbul edən zaman yanğın nəticəsində evi yanmış Havzava kənd sakini İradə Cabbarovanın da müraciətinə baxmış və ailə üçün yeni ev tikilməsinə söz vermişdi. Cəmi üç aydan sonra artıq vəd yerinə yetirildi. Bu günlərdə rayon rənbərliyinin xeyir-duası ilə Cabbarovlar ailəsi hər cür şəraitlə təmin edilmiş yeni evə köçmüşdür.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında