Türkiyənin dövlət naziri İçərişəhərlə tanış olmuşdur

Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətinin "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi olmuşdur.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, əvvəlcə qonaqlara YUNESKO-nun "Dünya İrsi Siyahısına" daxil edilmiş İçərişəhər ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə geniş informasiya verilmişdir.
Qonaqların İçərişəhərlə tanışlığı Bakının rəmzi, dünya əhəmiyyətli abidə olan Qız qalası ilə başlamışdır. Qız qalasının tarixi-memarlıq xüsusiyyətləri barədə zəngin məlumat qonaqların diqqətinə çatdırılmışdır.
Qüllə küçəsində davam edən gəzinti zamanı qonaqlar Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları ilə tanış olmuşlar.
Daha sonra qonaqlara Qoşa qala qapıları, buradakı meydan və qala divarlarının tarixi barədə geniş məlumat verilmişdir.
Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan İçərişəhərin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında