Milli Məclisə seçkilərlə bağlı normativ aktlardan ibarət toplu nəşr olunmuşdur

{nl}

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ bazanın gücləndirilməsi məqsədi ilə normativ xarakterli aktların - təlimatların, izah və qaydaların təsdiq olunması barədə qərar qəbul etmiş və həmin sənədlər 10 topluda cəmləşdirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sözügedən toplulardan biri artıq nəşr olunmuşdur və aşağı seçki komissiyalarına çatdırılır. Normativ xarakterli aktlardan ibarət digər toplular da bu yaxınlarda çapdan çıxacaq və aşağı seçki komissiyalarına çatdırılacaqdır.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı 23 adda müxtəlif sənəd nümunələrini təsdiqləyərək çap etdirmişdir. Komissiya həmin sənəd nümunələrinin də aşağı seçki komissiyalarına çatdırılmasını təmin edəcəkdir.
MSK-nın qəbul etdiyi normativ xarakterli aktlar qurumun rəsmi internet səhifələri (www.msk.gov.az;www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsilə ictimailəşdirilmişdir.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında