Horadiz sərhəd dəstəsinin qarnizonu və zabit-gizirlər üçün yeni inşa edilmiş yaşayış massivi istifadəyə verilmişdir

 

Sentyabrın 27-də Horadiz sərhəd dəstəsinin yeni qarnizonunun və zabit-gizirlər üçün yeni inşa edilmiş yaşayış massivinin açılışı olmuşdur.

Mərasimlərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev sərhəd dəstəsinin yeni qarnizonunun və yaşayış massivinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik etmiş, xidmətlərində uğurlar arzulamışdır. Bildirmişdir ki, Azərbaycan dövlətinin gündəlik qayğısı sayəsində bu gün digər sahələr kimi, sərhəd mühafizəsi də dinamik inkişaf edir, sərhəd qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, sərhəd qoşunları gündən-günə daha da qüdrətlənir.

Sonra xidmətdə göstərdikləri yüksək nəticələrə görə bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim edilmişdir. 

Hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev sərhəd dəstəsinin qərargah binası, kazarma, tibb məntəqəsi, məişət təminatı binası, avtomobil parkı, yanacaq-sürtgü materialları, maddi-texniki təminat və digər anbarlarla tanış olmuşdur.

Məlumat verilmişdir ki, sərhəd dəstəsinin qarnizonunda qısa vaxtda 32 min 469 kvadratmetr sahədə tikinti işləri, o cümlədən 25 min 522,4 kvadratmetr sahədə əsaslı tikinti, 6946,4 kvadratmetr sahədə əsaslı təmir işləri aparılmışdır.

Sonra yenidən qurulmuş “Əhmədalılar” sərhəd zastavasına baxış keçirilmişdir. Zastavada şəxsi heyət üçün hər cür şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, idman şəhərciyi, anbarlar yenidən qurulmuş, müasir avadanlıqla təmin edilmişdir. Zastavada mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi yaradılmış, yeni asfalt örtük salınmış, geniş abadlıq-yaşıllaşdırma işləri aparılmışdır.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə sərhəd dəstəsinin ərazisində 2 ədəd ikimərtəbəli, 8 mənzilli yaşayış binası əsaslı təmir olunmuş, 2 ədəd ikimərtəbəli, 16 mənzilli və bir ədəd üçmərtəbəli, 57 mənzilli yeni yaşayış binası inşa edilmişdir. Bütün mənzillər mebel, məişət və texniki avadanlıq, müasir istilik sistemi ilə təmin olunmuşdur. Sərhədçi ailələrinin asudə vaxtlarının səmərəli təşkili və istirahəti üçün 3500 kvadratmetr sahədə istirahət parkı salınmış, yaşayış massivində mərkəzləşdirilmiş istilik sistemi yaradılmış, 2 ədəd su anbarı inşa edilmiş, su nasosları və işıqlandırma sistemləri quraşdırılmışdır.

General-leytenant Elçin Quliyev yaşayış binalarına baxış keçirmiş, mənzillərdə yaradılmış şəraitlə tanış olmuş, zabit-gizirlərin ailə üzvlərini təbrik edərək xidməti mənzillərin orderlərini onlara təqdim etmişdir.

Sərhədçi ailələri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Qarnizon və yaşayış massivi ilə tanışlıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev əsgərlərlə birlikdə nahar etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında