Milli mətbuatımızın tarixində yeni dövrün başlanğıcı

{nl}

Əməkdar mədəniyyət işçisi adına layiq görülməyimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin mətbuat nümayəndələrinə qayğısının təzahürü kimi qəbul edirəm.
Azərbaycan mətbuatı çox şərəfli bir yol keçib. Bütün Şərqdə mədəniyyətin müxtəlif sahələri üzrə çox ilklərə imza atmış Azərbaycan öz milli mətbuatının yaşıyla da qürrələnə bilər. Həm də bu tarixi yol heç də hamar olmayıb. Həqiqət və ədalət carçıları olan söz, qələm adamları daim ağır şəraitdə, təqiblər və təzyiqlər altında çalışmalı olublar. Həsən bəy Zərdabinin açdığı cığırla addımlayan Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin və başqalarının xalqa sözlərini hansı şəraitdə çatdırmalarını xatırlamaq kifayətdir. Sovetlər dönəmində də məhz mətbuatla, ədəbiyyatın müstəsna mücadiləsi sayəsində ana dilimiz öz gözəlliyini, gücünü, qüdrətini qoruyub saxlaya bildi. Bəli, bu gün hər bir azərbaycanlı jurnalist belə tarixi keçmişin varisi olmasıyla fəxr edə bilər.
Azərbaycan mətbuatı bu gün də qarşısında duran bir çox problemlərin, maddi sıxıntıların həllini gözləyir. Milli mətbuatımızın 135 illik yubiley günündə isə biz jurnalistlər əsaslı dönüşün şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti milli mətbuatımızın 135 illiyi münasibətilə imzaladığı silsilə fərmanlarla ölkə mətbuatını və jurnalistləri daim diqqətdə saxladığını bir daha nümayiş etdirdi. Jurnalistlərin mənzil problemiylə bağlı Prezidentə müraciətin cəmi üç-dörd saat ərzində həllini tapması isə həqiqətən də gözlənilməz və analoqu olmayan bir hadisə idi.
Bu münasibət Prezidentin ölkə mətbuatına, bu mətbuatı yaradan insanlara olan həssaslığından xəbər verir. Dövlət başçısı həmçinin mətbuatı iqtidar və müxalifətə ayırmayaraq, əməyi olan hər kəsi mükafatlandırmaqla siyasi yönümündən və mövqeyindən asılı olmayaraq, hamının Prezidenti olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Mən düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülərək 22 iyul 2010-cu ildə elan edilən bu silsilə tədbirlər Azərbaycan milli mətbuatı tarixində yeni dövrün başlanğıcından xəbər verir.

{nl}

{nl}

 Yaşar ƏLİYEV, "525-ci qəzet"in redaktoru, əməkdar mədəniyyət işçisi

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında