Azərbaycan-Türkiyə arasında əməkdaşlıq gömrük sahəsində də uğurla inkişaf etdirilir

İyulun 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
A.Əliyev bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrimiz uğurla inkişaf edir. Cari ilin birinci yarısında Türkiyə Rusiyadan sonra ikinci idxalçı ölkədir. 2004-cü illə müqayisədə Türkiyədən idxal olunan məhsullar 4 dəfə artmışdır. 2005-ci illə müqayisədə isə 3 dəfə artmışdır. Türkiyə bazarı Azərbaycanda mühüm yer tutur.
Z.Çağlayan vurğulamışdır ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticari əlaqələri daha da genişləndirmək niyyətindəyik. İki ölkə arasında xarici ticarət dövriyyəsinin 2,2 milyard dollar həcmində olduğunu bildirən dövlət naziri bunun kifayət etmədiyini və qısa vaxt ərzində 5 milyard dollara çatdırılmasının zəruriliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycanda gedən sürətli inkişafdan çox məmnunam. Bakı gündən-günə gözəlləşir. Bakını görəndə həqiqətən heyran qaldım. Ötən bir il içində küçələr, yollar yüksək səviyyədə təmir edilmiş, gözəl, müasir binalar tikilmişdir. Bu gün Bakı dünyanın ən modern şəhərlərindən birinə çevrilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında