Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında əməkdaşlıq haqqında sazişin hazırlanması ilə bağlı ilkin müzakirələr aparılmışdır

 

Sentyabrın 26-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, K.Heydərov səfirə fəaliyyətində uğurlar arzulayaraq, onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə FHN ilə Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu vurğulamışdır.

Görüşdə nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir.

Həmçinin nazirlik və Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanması ilə bağlı ilkin müzakirələr aparılmışdır.

Səfir gələcəkdə ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında