Türkdilli ölkələrin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələri daha da möhkəmləndirir

Azərbaycan ilə Türkiyə arasında çox möhkəm dostluq və qardaşlıq münasibətləri vardır. Qardaş ölkədən 120-dən çox nümayəndənin Bakıya gəlməsi əlaqələrimizi daha da möhkəmləndirir və inkişaf etdirir.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov iyulun 29-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanda səfərdə olan deputatları ilə görüşdə söyləmişdir.
Milli Məclisin sədri Azərbaycan ilə Türkiyə parlamentləri arasında əlaqələrin inkişafında dostluq qruplarının rolunu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupu Milli Məclisdə ən böyük dostluq qruplarından biridir. Bu da bizim qardaş ölkəyə verdiyimiz önəmin bariz nümunəsidir.
TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı xoş sözlərə görə minnətdarlıq edərək demişdir ki, dövlət, hökumət və parlament üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri iqtisadi sahədə əlaqələrimizi daha da genişləndirməkdir. Nümayəndə heyəti Naxçıvanda da olacaqdır. Bundan sonra isə digər türkdilli ölkələrə də bu cür səfərlər nəzərdə tutulmuşdur.
Oqtay Əsədov belə səfərlərin, aparılan danışıqların və görülən işlərin türkdilli ölkələrin ümumi inkişafına, xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini bildirmişdir.
Söhbətdə türkdilli ölkələr arasında əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov, TürkPA-nın baş katibi Ramil Həsənov və digər rəsmi şəxslər iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında