Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçiləri BMT-də müzakirələrdə iştirak etmişlər

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təmsilçiləri Umud Rəhimoğlu və Nik Nvolisa sentyabrın 24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən  əlillərin maraqlarına uyğun dayanıqlı inkişafın əsas məqsədləri ilə bağlı yüksək səviyyəli toplantıda iştirak etmişlər.

Fondun informasiya departamentindən bildirmişlər ki, tədbirdə əmək qabiliyyətsizliyi problemi və əmək qabiliyyəti olmayan insanların inkişafı ilə məşğul olan bütün təşkilatlar və maraqlı tərəflər iştirak etmişlər.

Bildirilmişdir ki, BAMF Azərbaycanda müharibədən ziyan görmüş insanlara, mina qurbanlarına dəstək göstərən təşkilat kimi daim əlillərin problemləri ilə maraqlanır, onlara dəstək göstərən cəmiyyətlərlə birgə daha çox işlər görməyə çalışır.

Qeyd olunmuşdur ki, BAMF 2006-cı ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasını təsis etmişdir.

Vurğulanmışdır ki, müharibədən, eləcə də minadan zərərçəkmiş insanların tam inteqrasiyası üçün bütün sahələrdə dəstəyə ehtiyac duyur. İnkişaf perspektivlərinin müəyyənləşdirilməsi, çoxşaxəli müzakirələrin aparılması üçün BAMF əlillərin maraqlarına uyğun dayanıqlı inkişafın əsas məqsədləri ilə bağlı toplantıda iştirak etmişdir.

BAMF-ın sədri  Umud Rəhimoğlu BMT Fondu tərəfindən  təşkil olunan “Minilliyin İnkişaf Məqsədlərinin (MİM) uğurları” mövzusunda nahar ziyafətində iştirak etmişdir. Tədbirdə BMT baş katibinin müavini Yan Elissason, Qananın keçmiş prezidenti Con Kufuor, Bill və Melinda Qeyts Fondunun həmtəsisçisi Melinda Qeyts, ictimai xadim və iqtisadçı, Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus, “Erikson” şirkətinin baş direktoru, bəzi filantroplar, akademiklər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Ziyafətdə MİM-in çatışmazlıqlarının olması ilə yanaşı, dünyada aclıq probleminin həllində müsbət meyillərin müşahidə edildiyi və bu problemin ən az iki dəfə azaldığı qeyd olunmuşdur.

Ziyafətdən sonra keçirilmiş müzakirələrdə tanınmış iqtisadçı alim Məhəmməd Yunus ilə danışıqlar aparan Umud Rəhimoğlu Azərbaycanda gedən sürətli inkişafdan söz açmışdır.

Təcrübəsinin Azərbaycanda maraqla qarşılanacağından məmnunluğunu bildirən Məhəmməd Yunus BAMF-ın sədrinin Bakıya dəvət təklifini böyük həvəslə qarşıladığını vurğulamışdır.

Sonda BAMF-ın təmsilçiləri “İnsan hüquqları və davamlı inkişafın maliyyələşməsi” mövzusunda tədbirdə iştirak etmişlər. BAMF-ın təmsilçiləri davamlı inkişafın maliyyələşməsinin ilk növbədə ehtiyac duyulan ölkələrə edilməsinin zəruriliyini və bütün vətəndaş cəmiyyəti təşkilatlarının bu işlərə cəlb olunmasının vacibliyini xüsusi olaraq bildirmişlər.

BAMF Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın ən aktual məsələlər üzrə davamlı inkişaf prosesi ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının regional platformasının yaradılmasına öz töhfəsini vermək üçün yüksək səviyyəli tədbirlərdə iştirak edir.

Tədbir çərçivəsində dünya liderlərinin çıxışı və BMT-nin  Baş katibi Pan Gi Munun Minilliyin İnkişaf Məqsədlərinə dair hesabatı dinləniləcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında