Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir

 

 

 

Sinqapur Respublikasında bu ölkənin Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən “Sinqapurun antikorrupsiya strategiyası” mövzusunda təlim kursu keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Meksika Birləşmiş Ştatları, Serbiya, Gürcüstan, Moldova, Mərakeş Krallığı və digər ölkələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasını Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Rövşən Əliyev təmsil etmişdir.

Tədbirdə Sinqapurun bir çox sahələrini əhatən edən korrupsiyaya qarşı mübarizə təcrübəsi öyrənilmiş, dövlət və özəl sektorlarda korrupsiyanın qarşısının alınması, həmçinin dövlət vəsaitlərinin idarə olunması və ayrılması zamanı şəffaflığın təmini və digər məsələlər müzakirə edilərək səmərəli fikir mübadiləsi aparılmışdır.

Sonda Sinqapur Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında