İsmayıllının Zərgəran, Minkə və Tircan kəndlərində təbii qaz alovlandırılmışdır

 

 

Tircan kəndində keçirilən açılış mərasimində İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov sakinləri təbrik edərək bildirmişdir ki, ölkə rəhbərliyi xalqın rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Kənd sakinləri sevincini bölüşmüş, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Qeyd olunmuşdur ki, əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastruktur qurulub, 42000 metr polad boru ilə ortatəzyiqli, 20000 metrdən artıq küçələrarası xətlər çəkilib. 520 abonentlə müqavilə bağlanıb, abonentlər sayğacla təmin edilib.

Mərasimin sonunda kəndlərə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.

Həmin gün İsmayıllı rayonunda Neftçilər günü münasibətilə tədbir də keçirilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, qaz istismar sahəsinin işçilərini təbrik etmiş və bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının bu gün uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz dünyanın ən yüksək templə inkişaf edən dövlətləri sırasında liderdir.

İsmayıllı Rayon Qaz İstismarı Sahəsinin rəisi Eldar Səlimzadə 1994-cü ilin 20 sentyabrının müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi gün olduğunu söyləmişdir. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktları imzalandığını diqqətə çatdıran natiqlər İsmayıllının 3 kəndinə təbii qazın verilməsinin mühüm hadisə olduğunu da vurğulamışlar.

Mərasim Heydər Əliyev mədəniyyət evinin “Niyal” ansamblının və aşıqların ifasında konsert proqramı ilə davam etmişdir.

İlqar MUSAOĞLU,

 “Xalq qəzeti”nin

 bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında