Şamaxının Göylər kəndinə təbii qaz verilmişdir

 

 

Şamaxı şəhərinin 18 kilometrliyində yerləşən Göylər kəndi rayonun ən iri yaşayış məntəqəsidir. Burada 7300 nəfər əhali yaşayır, 1760 təsərrüfat mövcuddur. Rayonun qazlaşdırılması istiqamətində müəyyən edilmiş tədbirlər planına müvafiq olaraq Göylər kəndinə təbii qazın verilməsi uzun fasilədən sonra bərpa edilmişdir.

Rayon Qaz İstismarı İdarəsindən verilən xəbərə görə, ilkin mərhələdə həmin kənddə 1647-dən çox evə təbii qaz çəkilmiş və sayğaclar quraşdırılmışdır. Göylər kəndinə “mavi yanacaq” verilməsi münasibətilə keçirilən mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “Azəriqaz” İstehsalat Birliyi təmir-tikinti şöbəsi rəisinin müavini Natiq Əsgərov kənd sakinlərini təbrik etmiş, son illər əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışmışlar.

Göylər kənd 2 saylı tam orta məktəbin direktor əvəzi Mənsurə İsmayılova, el ağsaqqalı Məhəmməd İsrafilov minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, son illər rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər nəticəsində bir sıra yaşayış məntəqələrinə təbii qaz verilmişdir. Göylər kəndi təbii qazdan istifadə edən 30-cu yaşayış məntəqəsidir. Hazırda rayon əhalisinin 86 faizi təbii qazdan istifadə edir. Bir gün əvvəl isə Quşçu və Birinci Çaylı kənd sakinləri təbii qazdan istifadə etməyə başlamışlar.

İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında