Sumqayıtda daha bir “Nümunəvi məhəllə”nin açılışı oldu

 

Sumqayıtda sakinlərin mənalı istirahətindən ötrü zəruri şəraitin, uşaqlar üçün idman meydançalarının və əyləncə qurğularının yaradıldığı, yaşıllıqların artırıldığı müasir məhəllələrin sayı get-gedə çoxalır. Beş illik dövr üçün nəzərdə tutulan müvafiq proqram şəhərin bütün yaşayış ərazilərini əhatə edəcək və sakinlərin tam rahatlığına nail olunacaq.

Sayca 10-cu olan növbəti “Nümunəvi məhəllə” 2-ci mikrorayonda açıldı. Tədbirə şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və sakinlər toplaşmışdılar. İcra hakimiyyətinin başçısı Eldar Əzizov mərasimi açaraq ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, sosial yönümlü layihələrin ardıcıl həyata keçirildiyini konkret faktlarla diqqətə çatdırdı. O dedi ki, Sumqayıtın inkişafının, memarlıq estetikasının Bakı standartlarına yaxınlaşması ilə əlaqədar dövlət başçısının tapşırığı səylə yerinə yetirilməkdədir. Müasir sənaye mərkəzi kimi formalaşan şəhərdə çoxlu iş yerləri yaradılır, yeni və müasir massivlər salınır. Bir sözlə, yeniləşmə prosesləri dönməz xarakter almışdır, inkişaf dinamikası artır.

E.Əzizov qeyd etdi ki, bu kimi mərasimlərdən sonra bir qayda olaraq “açıq mikrofon” vasitəsilə sakinlərlə dialoqlar təşkil olunur. Onlar diqqəti nəzərdən yayınan bəzi problemlərə cəlb edirlər. Fəaliyyətin zəif nöqtələri aşkarlanır. Dialoqa şəhər üzrə dövlət strukturlarının rəhbərləri də qatılır ki, həm operativlik olsun, həm də qaldırılan məsələlər dərhal araşdırılıb  qısa müddətdə həll edilə bilsin. Təcrübə bu ənənənin özünü doğrultduğunu göstərir.

Sonra sakinlər görülən çoxşaxəli işləri bəyəndiklərini vurğuladılar və onları maraqlandıran məsələləri dilə gətirdilər. Məsələn, Zahid Əsgərov salınan yaşıllıqların suvarılmasının vacibliyini önə çəkdi. Təqaüdçü müəllim Nizami Cəfərli müəssisələrdə gənclər üçün peşə hazırlığı kursları açılmasının vacibliyi vurğulandı. Yaqut Atakişiyeva N.Nərimanov küçəsində abadlıq tədbirlərinin bir qədər ləngidiyini söylədi. Solmaz Zeynəddinova, Nurəddin Əliyev və başqaları da onları narahat edən məsələlərdən danışdılar.

 

Şəhər rəhbərliyi tərəfindən bütün məsələlərə konkret münasibət bildirildi, aydınlıq gətirildi. Elə oradaca həlli mümkün olan işlərlə bağlı müvafiq təşkilat və idarə rəhbərlərinə tapşırıqlar verildi. Digər məsələlərin mütləq araşdırılacağı bildirildi.

Daha sonra “Nümunəvi məhəllə”yə ictimai baxış  oldu. Uşaq əyləncə qurğuları, idman meydançaları, rahat oturacaqlar, xeyir-şər evinin əsaslı təmiri və sair hər kəsin marağına səbəb oldu.

Yeniləşərək simasını tam dəyişmiş məhəllədə açılış mərasimi şəhərin bədii kollektivlərinin təqdim etdiyi konsert proqramı ilə başa çatdı.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında