“İki sahil” qəzeti oxucularına Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış təqdim etmişdir

 

 

“İki sahil” qəzetinin 20 sentyabr - Neftçilər  Günündə  işıq  üzü  görən  180 səhifəlik  xüsusi  buraxılışı  Azərbaycanın  neft-qaz  sənayesinin “Əsrin müqaviləsi”ndən sonrakı   19 ildə   keçdiyi  inkişaf  yolunu  əks etdirən  maraqlı  yazıları,  rəngli  fotoşəkilləri  və  yüksək  poliqrafik  tərtibatı ilə  diqqət çəkir.

Xüsusi buraxılışın  ana  xəttini 1994-cü il sentyabrın 20-də   ümummilli lider   Heydər Əliyevin  qətiyyəti sayəsində  Xəzər  dənizinin  Azərbaycana  aid  hissəsində  yerləşən  “Azəri-Çıraq-Günəşli” yataqlarının  neft-qaz ehtiyatlarının birgə  işlənməsinə  dair  nüfuzlu  xarici  şirkətlərlə  Azərbaycan  Respublikası  Dövlət Neft Şirkəti  arasında  imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan   neft sazişindən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında baş verən mühüm dəyişiklik və tərəqqi  təşkil  edir.

Xüsusi  buraxılış ulu  öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”ndə qarşıya qoyulmuş vəzifələrə layiqincə əməl edilməsi, yeni neft strategiyamızın  uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin  əsas qarantlarından biridir...” fikirləri ilə açılır.  Xüsusi buraxılışda Azərbaycan  neft  sənayesinin  çoxəsrlik  tarixinə  işıq  salınaraq, 19 ildə   imzalanmış beynəlxalq  neft  sazişlərinin  iqtisadiyyatımızın dinamik inkişafında  müstəsna  rol  oynadığı  diqqətə  çatdırılır.

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  prezidenti  Rövnəq  Abdullayevin  xüsusi buraxılışda yer almış bayram  təbrikində bildirilir ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar və qürur hissi ilə qarşılayırlar.

ARDNŞ-in prezidenti R.Abdullayevin “ARDNŞ dünya enerji xəritəsində” yazısında bildirilir ki, XX əsrin sonlarında xalqımızın ümummilli lideri  Heydər Əliyev  tərəfindən işlənib hazırlanan  yeni neft strategiyası  Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini  özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı  inkişafına təkan verdi.  Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu  ölkəyə çevrilməsində müstəsna rol oynayan  bu strateji kurs  müstəqil dövlətimizin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının qarantıdır.  Respublikamızda  aparılan genişmiqyaslı quruculuq işləri, Azərbaycanın beynəlxalq aləmdə  qazandığı uğurlar bu müdrik, uzaqgörən konsepsiyanın təntənəsinə ən parlaq misaldır.

Xüsusi  buraxılış ümumilikdə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  strukturlarının  fəaliyyəti, neftçilərin  peşə  bayramını  nə kimi  nailiyyətlərlə qeyd etməsi və qarşıda duran vəzifələr barədə  dolğun  təsəvvür  yaradır.  Şirkətin Geologiya, geofizika və yataqların işlənməsi üzrə  birinci  vitse-prezidenti, akademik   Xoşbəxt  Yusifzadənin “Böyük işlər, möhtəşəm layihələr”,  iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun “ARDNŞ-in beynəlxalq reytinq dərəcələri artır”,  sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun “ARDNŞ dünya enerji şirkətləri ilə etibarlı tərəfdaş kimi uğurla əməkdaşlıq edir”,  emal üzrə vitse-prezident David Məmmədovun “ARDNŞ-in neft-qaz emalı və neft-kimya sənayesinin uğurları”, vitse-prezident Mikayıl İsmayılovun “ARDNŞ təchizat sahəsində  uğurlarını davam etdirir”,  sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun “Neftçilərin sosial müdafiəsinin  gücləndirilməsi əsasdır”, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun “ARDNŞ elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnir”, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun “Yeni texnika və texnologiyaların tətbiqi müasir dövrün tələbidir”, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin “ARDNŞ-in ətraf mühitin mühafizəsinə yönəlmiş siyasəti uğurla davam etdirilir”, strateji  inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun “ARDNŞ-in strateji inkişaf istiqamətləri” sərlövhəli yazıları şirkətin bütün fəaliyyət istiqamətlərinin geniş spektrini əhatə edir.

Qəzetin xüsusi buraxılışı ulu öndər Heydər Əliyevin bu sözləri ilə tamamlanır: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün,  ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”.

Doğrudan da, bu gün böyük fəxrlə deyə bilərik ki,  Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində qazandığı  bir-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqət mərkəzindədir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında