OANA-nın dalbadal üç dəfə Büro üzvü olan AzərTAc-ın baş direktoru bu beynəlxalq qurumun vitse-prezidenti seçilmişdir

 

 

 

OANA-nın növbəti Baş Assambleyası 2016-cı ildə Bakıda keçiriləcəkdir

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) dalbadal üç dəfə Büro üzvü olan AzərTAc-ın baş direktoru Aslan Aslanov bu beynəlxalq qurumun vitse-prezidenti seçilmişdir.

Bu qərar dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini birləşdirən OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında qəbul edilmişdir.

Tədbirdə OANA-nın XVI Baş Assambleyasının ev sahibinin seçilməsi üçün gizli səsvermə olmuşdur. Gərgin keçən səsvermənin nəticələrinə görə qurumun üzvlərinin böyük əksəriyyəti AzərTAc-ın namizədliyini dəstəkləmişdir. Beləliklə, növbəti Baş Assambleya 2016-cı ildə Bakıda keçiriləcəkdir. AzərTAc 2016-2019-cu illərdə OANA-ya rəhbərlik edəcəkdir. 

OANA-nın sentyabrın 19-20-də Rusiya paytaxtında keçirilən XV Baş Assambleyasının yekun iclasının nəticələri belə olmuşdur.

Azərbaycana göstərilən yüksək etimada görə baş direktor Aslan Aslanov OANA-nın yeni prezidenti, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylova, yeni baş katib Mixail Qusmana, ötən üç ildə bu beynəlxalq quruma uğurla rəhbərlik edən Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürkə, baş katib Ercan Göçəkə və AzərTAc-a dəstək vermiş dünyanın nüfuzlu informasiya agentliklərinin rəhbərlərinə minnətdarlıq etmiş, onları 2016-cı ildə XVI Baş Assambleyanın keçiriləcəyi qonaqpərvər Azərbaycanın paytaxtı Bakıda görməkdən məmnun olacağını söyləmişdir.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında