OANA-nın XV Baş Assambleyası çərçivəsində AzərTAc və İTAR-TASS agentlikləri rəhbərlərinin görüşü olmuşdur

 

 

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Moskvada keçirilən XV Baş Assambleyası çərçivəsində AzərTAc-ın baş direktoru Aslan Aslanov Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov ilə görüşmüşdür.

S.Mixaylov bildirmişdir ki, bu il 4 dəfə Azərbaycan paytaxtında işgüzar səfərdə olmuşdur və bu, Rusiya ilə Azərbaycan, habelə AzərTAc ilə İTAR-TASS arasında yüksək səviyyədə mehriban qonşuluq və qardaşlıq münasibətlərindən xəbər verir. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının  cari ilin aprel ayında Bakıda keçirilən toplantısını məmnunluqla xatırlamış və dünyanın ən nüfuzlu ali məktəblərindən birinin məzunlarını planetimizin müxtəlif guşələrindən dəvət edərək bir araya gətirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə İTAR-TASS Agentliyinin rəhbərinə təşəkkür etmişdir. A.Aslanov zəngin ənənələrə malik iki agentlik arasında əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyət sahəsində etimadın artırılması, texniki əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmuş, təkliflər irəli sürmüşdür. AzərTAc-ın baş direktoru Sergey Mixaylovu bu il oktyabrın sonlarında Bakıda keçiriləcək Humanitar Forumda görməkdən məmnun olacağını söyləmişdir.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında