Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko OANA-nın XV Baş Assambleyası çərçivəsində keçirilən görüşdə AzərTAc-ın baş direktorunun sualını cavablandırmışdır

 

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko OANA-nın üzvü olan xəbər agentliklərinin rəhbərləri və qurumun büro üzvləri ilə görüşmüşdür.

V.Matviyenko bildirmişdir ki, informasiya agentlikləri dünyada siyasi durumun formalaşmasında, mühüm dövlət qərarlarının qəbul edilməsində əhəmiyyətli rol oynayırlar. Onun fikrincə, kommunikasiyaların inkişafı KİV-lərin texniki imkanlarını genişləndirsə də, operativlik, dəqiqlik və obyektivlik, siyasi, ictimai və mənəvi məsuliyyət kimi meyarlar heç zaman qüvvədən düşmür. Məhz yüksək ixtisaslı kadrlara və zəngin təcrübəyə malik xəbər agentlikləri dəqiq informasiyaya olan tələbatı təmin edə bilirlər. Sonra Rusiya Federasiya Şurasının sədri görüş iştirakçılarının suallarına cavablandırmışdır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov V.Matviyenkoya sualla müraciət edərək demişdir: “Siz uğurlu rəhbər qadınlardan birisiniz. Dünyada və Rusiyada qadınların siyasətə və ya dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?”.

Valentina Matviyenko cavabında bildirmişdir ki, Rusiyada qadınların hüquqları Konstitusiya və qanunvericiliklə qorunur. O demişdir: “Ölkəmizdə siyasətdə, biznesdə, iqtisadi sahədə çoxlu sayda maraqlı və parlaq qadınların irəli çəkilməsinə şərait yaradılmışdır. Lakin hələlik onları daha yüksək səviyyəli mövqelərə, qərarların qəbul edilməsi proseslərinə yaxın buraxmırlar. Doğrudur, qadınların özlərindən, həmrəyliyindən də çox şey asılıdır”.

Rusiya Federasiya Şurasının sədri görüşdə iştirak edən digər xəbər agentliklərinin, o cümlədən Sinxua, KYODO, AAP agentliklərinin nümayəndələrinin suallarına cavab vermişdir.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında